Neçə dəfə sevmək olar? ( Müzakirə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 949
Səs ver:
(səs: 3)

 

Əvvəllər  insanlar bir dəfə, bir həyat boyu sevərdilər. İndi isə bir dəfə və bir gecəlik - nənələr deyirlər. Yəni yaşlı insanların nəzərində indiki cavanlar nə sevməyi bilirlər, nə də etibarlı olmağı. 


Yəni doğrudanmı sevgi ölüb? İnsanlar həqiqi sevginin nə olduğunu unudublar? 

Qadınlar.biz  Rusiya mətbuatına istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, əslində insan həyatda iki dəfə, özü də həqiqi sevgi ilə sevə bilər. Bundan artığı yalandır. 

2 min nəfərin eşq hekayələrini öyrəniblər. Nəticələr maraqlı olub: 

- Rəyi soruşulanların hər yeddi nəfərindən biri deyib ki, indiki partnyorunu ömrünün məhəbbəti hesab etmir;

- 17 faiz boynuna alıb ki, başqaları ilə görüşə gedəndə sevgini tapıb. Demək olar ki, hamı bildirib ki, partynorun olması xoşbəxtlik axtarışını dayandırmamalıdır;

- Rəyi soruşulanların yarıdan çoxu bildirib ki, münasibətləri zamanı hesab ediblər ki, hər şey ciddidir, həqiqətən sevirlər. Sonra, geriyə baxdıqda isə görüblər ki, sən demə, yanılırlarmış. 

Bəs sizcə, QAdınlar.biz xanımları ? Neçə dəfə sevmək olar? İkinci sevgi həqiqidirmi? Ümumiyyətlə, sevgini tədqiq etmək nə dərəcədə doğrudur? Həqiqi sevgi varmı heç? 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 6 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri