Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9212
Səs ver:
(səs: 2)
Qadınlar.biz qəribə heyvanların şəkillərini təqdim edir.

Kral vağı və ya balinabaş
Bilmirik, bəlkə də, kiməsə bu quş balinabaş kimi görünüb, amma onun başı daha çox başmağa oxşayır. Mavi tüklü bu quş Afrikada, Sudandan Zambiyayadək uzanan bataqlıqda yaşayır. Onun hündürlüyü 110-152 sm-ə çata bilir.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Okapi
Bu heyvan nə zebranın, nə də atın "qohumu"dur. Onun ən yaxın əqrabası zürafədir. Mərkəzi Afrikada, Konqoda yaşayır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
 
 
Paku balığı
Bu dişli balıq Cənubi Amerikanın sularında yaşayır. Onun dişlərinin quruluşu insan dişlərinin quruluşuyla, demək olar ki, eynidir. Bu balıqların "qohumu" isə piranyalardır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

Panda qarışqa

Adına baxmayaraq, o, qarışqa deyil, arıdır. Qanadsız dişilər iri, tüklü qarışqanı xatırladır. İlk dəfə panda qarışqanı Çilidə tapıblar. Görünüşü nə qədər xoş olsa da, təhlükəlidir, arıdır axı.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Narval
Balina növüdür və dişləri var. Arktikada yaşayır. Uzun buynuzuna görə okean təkbuynuzu da deyirlər.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Gödəksifət
Qalapaqos adalarında tapılmış bu balıq üzə bilmir. Əvəzində sinə üzgəcləri ilə "yeriyir".
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Kor ilan
Amazonkada yaşayır, doğrudan da, gözü yoxdur. Üzgəclərinə görə suilanını xatırlatsa da, çoxları onu kor ilan adlandırır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Umbonia Spinosa böcəyi
Bu böcək kürəyindəki iti tikanla bitkilərin gövdəsini yarır və şirəsini içir.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Tenrek
Zolaqlı tenrek Madaqaskarda yaşayır. Dərisi xırda tikanlarla örtülüdür. O, yeganə məməlidir ki, cırcırama kimi cırıldayır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Adi uzundil
Kolibriyə bənzəyən bu kəpənək də çiçəklərin nektarı ilə qidalanır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Mavi əjdaha və ya Glaucus Atlanticus
Bu, kökayaqlı mollyuskdur. O, mədəsindəki kisəciyi şişirir və külək onu suyun üzərilə gəmi kimi üzdürür. İsti okean cərəyanlarında yaşayır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Şala - xərçəng
Ona "krevetkaların qatili" və ya "dəniz çəyirtkəsi" də deyirlər. Onun çənələri o qədər güclüdür ki, dişləməsi tapançadan açılan güllə ilə bərabər effekt verir. Şala-xərçəngi hətta akvariumda da saxlamaq olmaz, çünki şüşəni də dişləyir.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Pudel güvə
Güvənin bu növü Venesuelada, 2009-cu ildə kəşf olunub. Görünüşcə pudelə bənzədiyindən belə adlanır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Nəhəng izopod
Bərabərayaqlılar arasında o, ən nəhəngidir. Okean dibində yaşayır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Sayqak
Antilopun bir növüdür və yoxa çıxmaq təhlükəsi olan heyvanlar sırasındadır. Qəribə burnu ilə seçilir. Çin və Monqolustan vətənidir.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Tikanlı ağac gürzəsi
 
Afrikanın tropik meşələrində yaşayır. Gecələr ova çıxır. Dünyanın ən xırda ilanlarındandır. Uzunluğu 78 sm-dən artıq olmur.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 
Mavi tutu balığı
Bu məzəli görünüşlü balıq 30-75 sm böyüklüyündə olur. Ancaq 1,2 m uzunluğu olanlara da rast gəlinir. Vaxtının çoxunu yem axtarmağa sərf edir.

 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

Bənövşəyi qurbağa
Bu, çox nadir qurbağadır və yalnız Hindistanda yaşayır. Torpağın altında yaşayır, yerin üstünə isə ildə cəmi iki həftə çıxır.

 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

Molox
Əjdahaya oxşayan bu kərtənkələ Avstraliya səhrasında yaşayır. Bədəni tikanlarla örtülüdür, bunlardan düşmənlərini qorxutmaq üçün istifadə edir. 20 il yaşaya bilir. Bütün bədəni isə suyu canına hopdurmağa qadirdir.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

Dəniz donuzu
O, dəniz xiyarının yaxın qohumudur, boru kimi ayaqları var və okeanın dibində yaşayır.
 

Heç görmədiyiniz heyvanlar - FOTOSESSİYA

 

 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 9212
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
cox maraqli gorunusleri var hemde qorxulu gorunurler
3 fevral 2014 22:09
6
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
heqiqeten maraqlidir eyni zamanda bezileri cooooooooooxxxxxx iyrencdir
3 fevral 2014 20:32
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
birce deniz donuzundan iyrendim amma maraqli idi
3 fevral 2014 19:55
4
Şərh sayı: 8726
Xəbər sayı: 208
Narminovski
Cox maraqli idi seve sevə oxudum Təşəkkür canim
3 fevral 2014 19:06
3
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
dogurdanda maraqli heyvanlardi...ama biraz qorxutduz meni))))tesekkur Vusal bey 08
3 fevral 2014 19:04
2
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
Allaha qurban olum gor nege gozel isler gorure cox sukur
3 fevral 2014 17:41
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri