Xəyanət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 092
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318244467-656.jpg

Belə bir statistika var: məhəbbətlə məşğul olarkən dünyasını dəyişmiş kişilərin 85 faizi bu vaxt arvadına xəyanət edirmiş. Hamı bilir ki, intim gözəl şeydi, insanlar bununla hər gün 120 milyon dəfə məşğul olur. Amma hamı da bilir ki, ailə konfliktlərin əsas səbəbi də intimdir. İndi anlaya bilmirəm ki, insanlar intimlə rahatcana, yəni pasportunda möhür, kəbin kağızı və sair atributlarla məşğul olmaqcün evlənir, yoxsa xəyanət eləməkçün. Maraqlıdır?

Alimlər deyir ki, məhəbbət zamanı insanın aldığı kimyəvi effekt valium narkotikinin təsirindən 20 dəfə çoxdur. Təbiətdə, məsələn erkək şir üçün heç bir məhdudiyyət yoxdu. Onun nə kəbin kağızı, nə də ailə qarşısında öhdəçiliyi var. O, gün ərzində 50 dəfə erkəkliyini sübut eləyə bilər. Amma yalnız müəyyən zamanda, yəni hormonları onu nigah rəqsini oynamağa vadar edən dövrdə və mütləq müxtəlif dişilərlə. Bəs niyə görəsən insanlar evlənməyə can atır. Üzük, xonça, cehiz, gəlinlik paltarı, toy, yengə...
Üstəlik bununçün elə maraqlı, qəribə, qeyri-adi üsullar fikirləşib tapırlar ki, gərək son dərəcə axmaq olasan ki, «yox» cavabını dilinə gətirəsən. Zaman keçdikcə insanlar deyəsən mazaxistcəsinə özlərinə zülm verməkdən ləzzət alaraq evlənmə mərasimini incəsənət növünə çeviriblər.
İranda qəbul edilib ki, evlənən gün bəyin bədənində bir dənə də tük olmamalıdı. Ona görə də toyqabağı qaçhaqaç zamanı daha bir problem olur. Bədənin epilyasiyası çox vaxt aparır, fikriniz üz qırxmağa getməsin. Hələ ağrını, zülmü demirəm.
Yava adasında taleyini birləşdirməyə can atan cavanlar adi, formal məsələlərdən savayı yerli administrasiyaya 25 siçovul quyruğu təqdim eləməlidirlər. Bir növ vergi kimi. Boşananların işi lap çətindi, onlar 40 siçovul quyruğu tapmasalar, azadlığı bir də qulaqlarının ardını görəndə dada bilərlər. Afrikada Makua nəslindən olan kişilər çox romantikdi. Onlar sevib-seçdiyi qızlara ağzında rəngli daşlar gətirirlər. Əgər qız daşı götürərsə, deməli onun nişanlısı olmağa razıdır.
Yeni Qvineyalı adaxlı nişanlısına 20 balıqqulağı, 20 cənnət quşunun dərisi, 20 donuz verməsə onu yaxına buraxan olmaz. Bu tərəflərdə donuz müqəddəs heyvan sayıldığından gəlinin başına fata əvəzinə donuzun mədəsinin tərzinə çevrilmiş dərisi salınır. (Qadın olmaq, hələ bir ərə getmək hər yerdə çətin imiş). Bədəvilərin toy yeməyi lap qəribə və xüsusilə çətindi. Qızardılmış dəvənin içində qızarmış qoyun olur. Qoyunun içi bişmiş quşlarla doldurulur. Quşların içinə balıq, balığın içində isə yumurtalar qoyulur. Bundan hansınınsa birinə gücün çatmasa evliliyi yuxularında görə bilərsən.
Yaponlar isə belə məsələlərdə də uzaqgörənlik və ağıl nümayiş edirlər. Təzə evlənənlərə içində iki xərçəng oturmuş bir zəmbil-bağlama bağışlanır. Bu xərçənglər vəfalılıq və sədaqət rəmzi hesab olunur. Çünki həmin zəmbilin içinə xərçənglər balaca ikən sürünüb girir və böyüdükdən sonra ömürlük olaraq orda qalırlar. Bir növ əl-ayağının ömürlük bağlanması kimi.
Nigeriyanın cənub-şərqindən olan adaxlılar nişanlısını götürməyə gələndə qızın qohumlarının arasından keçməlidir. Qohumlar isə əllərində dəyənəklə bəyin harasına gəldi kötəkləyirlər. Bu da bir növ dərsdi, ömürlük yadda qalması üçündü.
Hindistanın əyalətlərinin birində ikimərtəbəli rəqslər toy mərasiminin bir hissəsidir. 12 kişi bir birinin çiyninə dırmaşaraq 6 cütlük əmələ gətirir. Hər iki «mərtəbə» bir birindən yapışaraq səhərəcək yallı getməlidirlər. Yəqin bu da kimisə ömrü boyu dalında daşımağın simvoludur.
İsveçrədə isə əgər oğlan qızı rəqsdən sonra evə yola salandan sonra sevgisini izhar elçəyirsə qızın evində gecələyə bilər. Buna «elçilik gecəsi», yaxud «yoldaşlıq çarpayısı» deyirlər. Buralarda hər şey nə qədər sadəymiş.
Amma Albaniyada zifaf gecəsi cavanlara intim yaxınlıq qismət olmur. Çünki gəlin pis ruhların, kabusların başını aldadaraq çaşdırmaq üçün 3 cün, 3 gecə artıq «möhürlü» ərinə müqavimət göstərməlidir. Necə deyərlər abırlı qız statusunu da qorumalıdır.
Orta əsrlərdə ingilis kilsələrində adətən ağır bir sandıq dayanardı. Bu gənc qadınlar üçün çınaq olardı. Nişanlı qız statusuna namizəd olan sandığı bir əliylə qaldırmalıydı. Bu sınaqdan keçməyən qız evdar xanım olmağa layiq bilinmirdi. Çünki ev işlərinin öhdəsindən gəlməyə bilərdi. Bu səhnəni müşahidə eləmiş oğlan nigah müqaviləsini yerindəcə poza bilərdi.
Bax, belə zülmləri keçəndən sonra evlənmiş adam sonra ilk xəyanətini nə vaxt eləyir, niyə eləyir sualları Hamletin «olum, ya ölüm» dilemmasından betər məsələdi. Yeri gəlmiş, Honkonqda qadının xəyanətkar ərini öldürmək hüququ var, amma yalın əllərlə...

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri