Dizayner süddən paltar hazırladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 759
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1318325367-656.jpg

 

Almaniyalı gənc dizayner moda dünyasında inqilabi yenilik edərək süddən paltarlar yaradıb.
"Reuters"ə istinadən verdiyi xəbərə görə, 28 yaşlı Anke Domaske süd zülalı kazeinin yüksək konsentrasiya olunması nəticəsində alınan "QMilç" adlanan parça istehsal edib. Bu parçanın tərkibində heç bir kimyəvi preparat yoxdur.

Tamamilə təbii materiallardan hazırlanan "QMilç" parçası ekolojidir və səhhətə xeyirlidir, zülalın tərkibindəki amin turşuları həmçinin antibakterial və yaşlanmağa qarşıdır, qan dövranına və bədən temperaturunun tənzim olunmasına kömək edir. Domaske indi tamamilə süddən hazırlanmış paltarlardan kolleksiya düzəltmək istəyir.

Süd parçası 1930-cu illərdən bəri mövcud olsa da, onlar çox qeyri-ekoloji şərtlərdə istehsal olunur və hazırlanmasında çoxlu kimyəvi preparatlardan istifadə olunurdu. Əvvəlki prototiplərdən fərqi olaraq Domaskenin parçası tamamilə kazeindən hazırlanıb. Domaskenin dediyinə görə, bir dənə paltarın hazırlanması üçün təxminən 6 litr süddən istifadə olunur və paltarın qiyməti 150-200 avro arasında dəyişir.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri