Həftənin günləri nə məna verir?

Müəllif: tek umidim sen
Şərhlər:
Baxılıb: 3275
Paylaş:
Səs ver:
(səs: 3)
Xristian, musəvi, İslam, hətta Çin və İran təqvimlərində həftənin niyə məhz 7 gün olması ilə bağlı heç bir dəqiq fikir yoxdur. Həftənin 7 gün olması ilə bağlı hər birinin fərqli bir fərziyyəsi vardır, lakin bu fərziyyələr tam dəqiq deyil. Ən çox iddia edilən fərziyyədə Roma İmperatorluğunda imperatorluq təqvimində və tarixi səbəblərdən xristian kilsəsi tərəfindən mənimsənilib istifadə olunmasıdır. İngiltərə krallığı bu sistemi tətbiq etmiş və bütün dünyaya yaymışdır. Həftənin 7 gün olmasına dair başqa bir fərziyyə isə antik çağlardan bəri bilinən 7 planetdir: Günəş, Ay, Mars, Merkuri, Yupiter, Venera və Saturn. Ancaq 7 günlük period Ay və Günəşin dönməsiylə bərabərləşməsindədir.


Bir Günəş ili 5 günlük həftələrə daha uyğun şəkildə bölünə bilərdi. 5 və ya 6 günlük həftə uzunluqlarından əmələ gələn bir sistem 6x5=30 olduğu üçün 29,53 gün uzunluğundakı bir sinodik (Eyni adlı Ay fazasının, məsələn iki ardıcıl bədirlənmiş Ay fazasının təkrarlanması orta hesabla 29 sutka 12 saat 44 dəqiqə 29 saniyə, yaxud 29,53 sutkadan bir olur. Buna sinodik ay deyilir) aya hal-hazırkı sistemdən daha uyğun ola bilərdi. Bir ay dövrünün uzunluğunun (29,53/4= 7,3825) təxmini dəyəri olduğu üçün həftə 7 gündən ibarətdir. Həftənin günləri bir həftə içərisindəki periodik, təkrarlanan günlər olaraq təyin olunmuşdur. Həftənin günlərinin adlandırılmasında müxtəlif dillərdə müxtəlif qaynaqlardan istifadə edilmişdir.


Bu qaynaqlardan ən məşhur istifadə edilənləri isə dini və ədədi adlandırma qaynaqlarıdır. Həftənin günləri Azərbaycan dilində aşağıdakı kimi sıralanır: 

1. Bazar ertəsi;

2. Çərşənbə axşamı;

3. Çərşənbə;

4. Cümə axşamı;

5. Cümə;

6. Şənbə;

7. Bazar.

Bu günlərin birləşib sizin həyatınızda dəyişikliklər etdiyini bilirsinizmi? Bazar ertəsi infarkt keçirmə riskinin daha yüksək, çərşənbə gününün maaşa artım istəmək üçün ən yaxşı gün olduğunu bilirsinizmi? Budur, hansı gün nə edilib-edilməməsi haqda məlumatlara baxın.

2.4 milyon bloq və internet şərhini araşdıran Kanadadakı Vermont Universitetinin mütəxəssisləri hansı gün nə edilməsi və ya edilməməsi lazım olduğunu təyin edib. İnşAllah bu məsləhətlər sizin üçün də faydalı və maraqlı olar. 

Bazar ertəsi

Əsəblərinizə hakim olun. Bu gün infarkt keçirmə riski digər günlərdən 20 % daha çoxdur.

Çərşənbə axşamı

Eşqbazlıq etməyə çalışmayın. Bu gün həftənin ən az cinsi münasibət qurulan günüdür!

Çərşənbə

Maaşa artım istəmək üçün ən uyğun gündür. Müdirlər işçilərini ən çox bu gün dinləyir.

Cümə axşamı

Siqareti tərgitmək üçün ən uyğun gündür. İnsanların iradəsi cümə axşamı ən güclü səviyyəyə çıxır.

Cümə

Birini işdən çıxarmaq və ya pis bir şey etdiyinizi etiraf etmək üçün ən uyğun gündür.

Şənbə

İçki içmək üçün ən pis gündür. İnsanlar qarşıdakı günün bazar günü olduğu üçün daha çox içir.

Bazar

İnsanların ən çox xoşbəxt olduğu gündür. Buna görə daha çox ünsiyyətdə olurlar.


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3275
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv