Qiymətli daşlar – ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 36 001
Səs ver:
(səs: 4)

http://imgs.su/tmp/1318415230-656.jpg

 

Əqiq, yəşəm, malaxit, firuzə...

Əsrlər boyu insanlar qiymətli əşya dalınca qaçıblar. Əslində, insan övladının xislətidi bu - daş-qaş uğrunda mübarizə, sərvət üçün qan tökmək.

Bu daş-qaşlar həm də türklər demiş "hava atmaq" üçündü. Hər dövrün məşhur hökmdarları barmaqalrında böyük qaşlı üzüklər, qollarına qiymətli qaşlarla bəzədilmiş təsbihlərasardılar. Biz daşlardan yazmağa başladıq.

Bu silsilədə dünyanın başlı başlına sərvəti sayılan daşlardan yazacağıq.

Minerallardan ibarət olan qiymətli daşlar torpağın müxtəlif qatlarındakı suxurlardır. Onlar çıxarılır, təmizlənir, cilalanır və istifadəyə verilir...

Yunanların xoşbəxtlik daşı
Qiymətli daşların ən qiymətlilərindən biri əqiq hesab olunur. "Əqiq" sözünün mənası yunanca "xoşbəxtlik", "faydalı" deməkdir, "aqatos" sözündən götürülüb. Bəzi mənbələrə görə, daşın adı ilk dəfə tapıldığı Siciliya adasındakı Axates çayının adından götürülüb. Rəng çeşidlərinə görə, əqiqin müxtəlif növləri var: ağ və mavi rəngin qarışığı - adi əqiq, ağ və qara rəngli oniks, ağ və mərcan -qırmızı rəngli serdolik, alov rəngli əqiq, qırmızı və çəhrayı əqiq.

Əqiq məşhur bəzək daşlarından hesab olunur. Ondan bəzək və tilsim əşyaları, bıçaqların tiyələri hazırlanır. Tarixən aristokratlar əqiqin parlaq rəngli növlərindən hazırlanmış zinyət əşyaları taxıblar. Maddi imkanı aşağı olanlar isə aşağı keyfiyyətli əqiq daşlarından istifadə edirdilər.

Ən keyfiyyətli əqiq Uralda çıxarılır. Bu daşın oniks növündən qliptika sənətində geniş istifadə edilir. Qliptika qiymətli daşlarda oyma sənətidir. Roma imperatorlarının, Makedoniyalı İsgəndərin portretlərinin hazırlanmasında oniks geniş tətbiq olunub. Ərəblər qara və tünd-qəhvəyi oniksləri "hökmdar daşı" adlandırıblar.

Astroloqlara görə, oniks xəstəlikləri və bədbəxt hadisələri insanlara xəbər verən daşdır. Əqiq oğlaq bürcü altıda doğulan insanların daşı hesab olunur.


"İlahi daş"

Bəzi qiymətli daşların üstündə yaradılışdan mənzərə rəsmləri olur. Yəşəm də belə daşlardan biridir. Onun üstündə ağac, yamac və digər dağ mənzərələrini xatırladan qəribə təsvirlər var. Bu heyrətamiz daşlar çinliləri o qədər valeh etmişdi ki, onu "ilahi daş" adlandırırdılar.

Yəşəm heç vaxt çirklənmir, temperaturdan asılı olmayaraq rəngini və formasını saxlaya bilir. Yəşəm dənizin dibində, vulkan yaxınlığında əmələ gəlir. Bu daş müxtəlif rənglərdə olur. Ondan süvenirlər, mücrü, qələm hazırlanır.


"Rus daşı"

XIX əsrdə Avropadan Rusiyaya gətirilmiş malaxiti yerli əhali "Rus daşı" adlandırırdı. Yunanca "malaxr" sözündən olan bu daşın adının mənası "ot" deməkdir. Yaşıl rəngli zərif bəzək daşı mozaika sənətinin əsas atributu sayılır. Malaxitdən güldanlar, kaminlər, sütunların üzlük hissəsi hazırlanır. Rusiyada Qış Sarayının xüsusi Malaxit zalı var. İsaakyev kilsəsinin sütunlarının inşasında da malaxitdən istifadə olunub.


Farsların"Xoşbəxtlik daşı"

Farslar "firuzə" adlandıqları daşı çox sevirlər, bunu "xoşbəxtlik daşı" hesab edirlər. "Firuza" sözünün farscaya tərcüməsi də elə "xoşbəxtlik daşı" deməkdi.

Şeiri və poetizmi çox sevən farsların ədəbiyyatında firuzə daşı "cənub günortası səmasının nəhayətsiz maviliyinə" bənzədilib. Misir fironları, fars hökmdarları firuzədən hazırlanmış bəzək əşyalarını taxmaq üçün bəhsə girirlərmiş. Firuzə qədim zamanlardan insanların diqqətini çəkib. Sinay yarımadasında, İranda, Şimali Amerikada və Orta Asiyada firuzə yataqları var. Bu daşı qədim zamanlarda da, indi də əl üsulu ilə, yerin 70 km dərinliyindən çıxarırlar. Yüksək keyfiyyətli firuzənin qiyməti qızılın qiymətindən 5-6 dəfə baha olur.

Bəzi insanlar bu qiymətli daşı talisman kimi gəzdirirlər. İnanca görə, firuzə sülh yaradır, incikliyi aradan qaldırır, xəbis insanlara bədbəxtlik gətirir. Firuzə dekabrda doğulanların daşı hesab olunur.


Səma imperatoru

Bəzi daşlar o qədər oxşar olurlar ki, onları ayırmaq belə olmur. Məsələn, nefrit və jadeit çox oxşar olduqları üçün uzun müddət onları ayıra bilməyib, hər ikisini "jad" adlandırıblar. Çində indi də jadeit qızıl və almazdan yüksək qiymətləndirilir.

Nefrit böyrək xəstəliklərinin müalicəsi üçün faydalıdır. Adı da burdan götürülüb. Yunanca "nefros" böyrək deməkdir.

Daşın rəngi tərkibindəki minerallardan asılı olaraq, açıq-yaşıl və ağ ola bilir. Nefritdən üzük, bilərzik hazırlanır. Orta Asiya xalqları bu daşı mərdlik, xeyirxahlıq, insanlıq simvolu hesab edirlər. Məişət və dini mərasimlər üçün əşyaların hazırlanmasında geniş tətbiq olunur. Daosların təsəvvürünə görə, fövqəltəbii hadisələri səmadan Nefrit imperatoru idarə edir.

Çinlilər nefritə "müqəddəs daş" deyirdilər. O, təmizlik və paklıq rəmzi sayılır. Ölmüş insanın ruhuna rahatlıq vermək üçün qədim çinlilər meyitin ağzına və burnuna nefrit parçası qoyurdular. Nefritdən hazırlanmış lotos çiçəyi, meyvələr və Budda heykəlləri geniş satılan suvenirlərdir.


"Dənizin göz yaşı..."
"Mirvari şair üçün dənizin göz yaşı, qadın üçün qiymətli daş, kimyaçı üçün fosfat turşusu duzları ilə kalsium-karbonatın birləşməsidir". Bunu fransız fantastı Jül Vern deyib. Onun mədh elədiyi mirvari indi də dünyanın hər yerində xanımların sevimli bəzək əşyasıdır.

Mirvari molyuskanın içinə düşmüş qum dənəsinin üstünü örtən duzdan əmələ gəlir. Bu incini əmələ gətirən sədəf ilbizləri dənizdə və çaylarda yaşayır. Hər 600 boş balıqqulağına bir mirvari düşür. Dünyada tapılmış ən iri mirvari dənəsinin çəkisi 6,4 kq-dır. Zənginlik və gözəllik simvolu olan bu daş uzunömürlü deyil, müəyyən vaxtdan sonra rəngini dəyişir, bulanıq olur.

Rusiyada X əsrdən çıxarılan daşın adı çinlilərdən keçmiş "jemçuq" sözündəndir. Ornament və süjet təsvirlərində mirvaridən geniş istifadə olunur. 1921-ci ildə ilk dəfə London bazarlarında süni mirvari satışa çıxarılıb. Bu gün dünya bazarındakı mirvarilərin 90%-i sünidir. Mirvari adətən ağ rəngdə olur. Göy, çəhrayı, qara, sarı rəngli mirvarilər də var. Təbii mirvarini çoxaltmaq üçün molyuskalar artırılır.

Dünyanın tanınmış xanımları mirvaridən geniş istifadə edirlər. ABŞ-ın birinci xanımı Mişel Obamanın, dövlət katibi Hillari Klintonun, hətta aksessuarları sevməyən Almaniya kansleri Angela Merkel üçün də mirvari sevimli aksessuardı.


Qaçaqmalçıların hədəfi

Berilin bir növü olan zümrüd yaşıl rəngi ilə zinət əşyalarına xüsusi gözəllik verir. Yunanca "smaqardos" adlanan daş gözmuncuqlarının əsas bəzəyidir. İncilə görə, zümrüd Apostol daşıdır. Vaxtilə Ərəbistan səhralarında çıxarılan əvəzsiz daşın təbii ehtiyatı burda indi tükənib.

Dünyada Kolumbiya zümrüdü ən məşhur zümrüd növüdür. Zümrüd hasilatının 90%-ə qədəri Kolumbiyanın payına düşürdü. Zambiya və Kolumbiyada çıxarılan bu nadir daşın cəmi 10-15%-i satılır, qalanı isə qaçaqmalçıların vasitəsilə başqa ölkələrə keçirilir.

 

(səs: 4)
Şərhlər: 0
Baxılıb: 36 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri