Xoşbəxtlik arxasınca qaçmaq bədbəxtlikdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 683
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318416332-656.jpg

Freydin diaqnozu


Ötən əsrdən başlayaraq müasir cəmiyyətlər insanın xoşbəxt olması üçün mübazirə aparmağa başladılar.

Bütün hallarda insanın xoşbəxtliyi əsas hədəf olmalıydı. İnsanı bədbəxtliyə sürükləyən bütün səbəblər ortadan qaldırımalıydı.

Bunun üçün ortaya yeni ideyalar atıldı. İnsanın xoşbəxtliyi üçün aparılan mübarizədə əsas yeri "evlilik və münasibətlər" tuturdu. Ailə həyatı qurmaq mütləq insanı xoşbəxt etməliydi. Xoşbəxt olmayan cütlüklərə az qala müalicəyə ehtiyacı olan adamlar kimi baxırdılar. Xoşbəxt ailələr üçün formullar, reseptlər hazırlandı. Minlərlə kitab, məqalələr yazıldı bu mövzuda. Xoşbəxt ailələrin qurulması üçün hardasa yeni bir sənayə yaradıldı.


Yazını bura qədər oxudunuzsa, mənim buna mənfi münasibət göstərdiyimi hiss etdiniz, yəqin ki. İndi haqlı olaraq soruşacaqsınız.

Burada pis nə var ki? Xoşbəxtlik axtarmağın nə ziyanı ola bilər? Münasibətlərdə mütləq xoşbəxtlik üçün cəhdlər göstərilməsinə necə qarşı çıxmaq olar? Haqlısınız, bu barədə müzakirə açmalıyıq.
İnsanın xoşbəxt olması üçün başını ən çox sındıran insanlardan biri olan Ziqmund Freyd ömrünün sonuna yaxın birinci dəfə Amerikanı ziyarət etdi.

Freyd: "Bu qədər xoşbəxtlik ziyandır"
Freyd Amerikada gördüklərinə çox təəccübləndi. O, bir cəmiyyətin bütün şərtlər daxilində daim xoşbəxt ola bilməsi üçün bu qədər çox mübarizə aparmasına təəssüf edirdi. İnsanın bütün şərtlərdə daimi xoşbəxtlik axtarışında olmasının onun səhhəti üçün zərərli bir şey olduğunu düşünürdü.

O hesab edir ki, insan həyatının dolu olması üçün həyatında neqativ şeylərin də olması vacibdir. Freydə görə, belə xoşbəxtlik cəhdləri Amerika cəmiyyətini məhv edə bilər.
Münasibətlərdə xoşbəxtlik?

Qayıdaq evlilikdə, münasibətlərdə xoşbəxtlik axtarışına.

Sevgi münasibətlərində mütləq xoşbəxtlik və cütlüklərin birinci hədəfinin bu olmasının vacibliyi hardasa bir ideologiya şəklini alıb. Həyatın bütün sahələrində olduğu kimi, qarşılıqlı münasibətlərdə hər zaman xoşbəxt olmaq üçün formullar yaradılıb.
Niyə görəsə, heç kim Freydin dediklərini xatırlamadı və bəlkə də kədərin, xoşbəxt olmamağın münasibətlərin daha mənalı, tam şəkildə yaşanılmasına gətirib çıxaracağını heç kim düşünmədi.

Münasibətlərdə davamlı olaraq xoşbəxt olmaq üçün reseptlər yazıldı. Və müasir dövrün ən təhlükəli gözləntilərindən biri yaradıldı. İnsanlar həyat yoldaşlarından onları xoşbəxt etmələrini gözləməyə başladılar.

Bu gözlənti demək olar ki, heç vaxt özünü doğrultmur və beləliklə də, münasibətlər çox böyük stresslərə səbəb olur.

Halbuki biz elə əvvəldən dava-dalaşın, münaqişənin, bir-birini başa düşməməyin münasibətlərin təbiətində olduğunu qəbul etsək, xoşbəxt olmayanda, bunu normal qarşılayırıq, hər şeyi şişirtmirik. Bu, əslində, Freydin bizə öyrətmək istədiyi şey idi.

Araşdırmalar nə deyir?


Xoşbəxtlik haqda aparılan araşdırmalar, xoşbəxtliyin elm tərəfindən öyrənilən və ya sonradan kəşf edilən bir şey olmadığını ortalığa çıxarır.
ABŞ-ın Nortvestern Universitetində aparılmış bir araşdırma var.

Çikaqoda lotoreyada qalib gələrək birdən varlanan insanlar ilə ömürlük fiziki qüsuru olanların xoşbəxtlik səviyyələri qarşı-qarşıya qoyularaq araşdırma aparılıb.

Məlum olub ki, fiziki qüsurlu insanların xoşbəxtlik səviyyələri lotoreya udub varlananlardan heç də geri qalmır, hətta bəzilərininki onlardan yüksəkdir.

Əkizlər üzərində aparılan başqa bir araşdırmada isə fərqli həyat şəraitlərində yaşayan əkizlərin eyni səviyyədə xoşbəxtliyə sahib olduqları ortaya çıxıb.

Bu araşdırmalar göstərir ki, insanlar bütün şərtlər daxilində xoşbəxt ola bilərlər.
Dolayısı ilə insanın evlilikdən xoşbəxtlik gözləməsinin doğru olmadığı, əgər insan xoşbəxtdirsə, evliliyin də xoşbəxt olacağı, xoşbəxt deyilsə, onu heç bir münasibətin xoşbəxt etməyəcəyi qərarına gəliblər.

Professor Riçard Lukas tərəfindən 24 min alman üzərində 15 il aparılmış araşdırmada, evli cütlüklərin subay olanlardan daha xoşbəxt olduqları bəlli olub. Amma eyni araşdırmada bu da məlum olub ki, ailə qurduqdan sonra xoşbəxt olan insanlar, elə subay vaxtı da xoşbəxt həyat sürənlərdir.

Yəni xoşbəxt olmamağımızın təməlini münasibətlərimizdə yox, problemin özümüzdə olduğunu görsək, eyni zamanda, Freydin də dediyini yada salaraq, bəzən xoşbəxt olmamağın həyatımızı daha mənalı edə biləcəyini anlaya bilərik.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri