Kağız, yoxsa İnsan?

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 5 359
Səs ver:
(səs: 2)
Kağız - əslində bəsit bir şey kimi görünsə də çox önəm daşıyan bir şeydir. Bəzən çox səviyəsizcə ayaqlar altında olsada, bəzən bir kağız parçası həyatıvın dönüş nöqtəsi olur.
Bir kağız parçası hər şeyə qadir ola bilən bir şeydir. Neçə şairin əl işlərinin səbəbkarı, neçə gəncin ölüm fərmanı....
Bəzən bir insanın həyatını qurtaracaq bir şey... Bir kağız parçası kimisi üçün vida məktubu, kimisi üçün yaşama duyğusu, kimisi üçün mənasız bir şey, kimisi üçün isə dərt ortağı...
Bəzisi sözlə ifadə edə bilmədiyi hislərini kağıza tökər, kimisi kağızla dərdləşər. Amma sonunda səviyyəsiz bir şəkildə ya yerdə olar, ya da zibil qutusunda.
Kimisi roman yazar o parçalara, bir başqası o romanı ən önəmli parçası olaraq rəfində saxlayar, bəzisi üçün isə bir məna ifadə etməz, sadəcə sobada yandırılıb istilik qaynağı olar.
Kağız parçası - neçə məhəbbətin səbəbkarı olmuş, neçə məhəbbətin bitmə səbəbi olmuşdur. O elə bir şeydir ki, həyatımızın önəmli bir parçasıdır əslində.
Biri üçün iş imkanı yaradarkən, bir başqası üçün isə ölüm fərmanının imzalandığı bir əşya olur.
Birisinin evlilik imzasının atıldığı kitabça , bir başqasının ayrılıq imzası atılan məhkəmə kağızı...
Bəs bu gün bu kağız parçası qədər həm önəmli, həm dəyərli, həm də önəmsiz, mənasız, lazımsız olan başqa nə ola bilər ki, dediyimizdə ağıla əlbəttə ki bir insan gələr. Bir sözlə dünyanı dağıdan, bir sözlə sulh gətirən, bir hərəkətlə öldürən, bir hərəkətlə can qurtaran...
Bir başqası üçün sevinc qaynağı ikən, bir başqası üçün nifrət səbəbidir.
"Bir kağız parçası bir insanla necə eyni dəyərdə ola bilər ki" dediyimizdə, bəzən bir kağız parçası bir insanı marifləndirərkən, bir kağız parçası bir başqa insanı yoldan çıxara bilir. 
Əlbəəttə ki, burda ortaya bir fikir atılar ki, bəs o kağız parçasını yazanda insan olur. Bəli , insan kağızı yazır, amma kagızın hökmü bəzəndə insanın sözündən daha dəyərli olur...
Kağız parçası həyat qurtarır, amma insana təqdim edilərkən. Maddiyati bildirir. Bəzən sənin səviyəni bildirir, bəzi hallarda gücünü.
Bəzən kağız parçası olmasa ac qalarsan, xəstəxanaya gədərsən səni dinləyən olmaz, bir kağız parçasə kimi kənara atılarsan dəyərin olmaz.
Amma bəzən də o kağız parçası səni hər şeydən xilas edər. Sənə söz demək imkanı yaradar. El arasında sayıb, seçilən bir səxs edər. Kağız parçası ilə nüfuz sahibi olarsan. Bir gündə səni səhv yolla addım atmağa məcbur edər…
Həə, bu gün elə bir zamanda yaşayırıq ki, kağız parçalarının dəyəri insanlıq dəyərindən daha üstün tutulur. Həyatını o kağız parçaları ilə qurub, o kağız parçaları ilə məhv edirsən.
Kağız parçası yoxsa sən bir heçsən...
Yəni bir kağız insandan üstündür, bir kağız insanın taleyidir…
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri