Dünyanın ən çətin 8 dili – MARAQLI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 152
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1318492670-656.jpg

Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlər araşdırma aparıb öyrənilməsi ən çətin olan 8 dili açıqlayıblar.

Oxucularımıza dünyanın ən çətin 8 dilini təqdim edirik:


Çippeva dili
Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.


Çin dili

Çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.


Tabasara dili

Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.


Sanskrit dili

Allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsız.


Abaz dili

Abaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: "bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür". Bunun səbəbi isə dilin çətin fonetikasıdır.


Bask dili

Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edirdilər.


Rus dili

Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallandırma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir. Məsələn: "Gəzməyə gəlirsən?" - "Yox, bəlkə də..."


İngilis dili

Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir: söz yazıldığı kimi oxunmaya bilər.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri