Bir dahinin şok hekayəti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2501
Paylaş:
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1318492944-656.jpg

Bir sıra bioqraflar Uilyam Ceyms Sidisi (ing. William James Sidis - 1898- 1944) - ekssentrik dahi və vunderkind hesab edirlər. Onun ağlının hüdudsuzluğu haqqında oxuyanda təəccüblənməmək olmur.

- Sidis 1 yaşı olarkən yazı yazmağa başlayıb.

- 4 yaşında Homerin əsərlərini orijinal dildə oxumağa başlayıb.

- 6 yaşında Aristotel məntiqini öyrənməklə məşğul olub.

- 4-8 yaşları arasında anatomiyadan monoqrafiya da daxil olmaqla 4 kitab yazıb.

- 7 yaşında Harvard tibb məktəbinə anatomiya fənnindən imtahan verib.

- 8 yaşında Uilyam 8 dil bilirdi - ingilis, latın, yunan, rus, ivrit, fransız, alman və özünün icad etdiyi dili.

- Yetkin yaşlarında Uilyam artıq 40 dildə sərbəst danışırdı, bəzi müəlliflərin dediyinə görə isə onun bildiyi dillərin sayı 200-ə çatırdı.

- 11 yaşında Sidis Harvard universitetinə daxil olub və bir müddət keçməmiş o, Harvardda riyaziyyat klubunda mühazirələr oxuyub.

- 16 yaşında o, Harvardı fərqləndirici qiymətlərlə bitirib.

Sidis rus-yəhudi immiqrantlarının ailəsində doğulub. Onu valideynləri - Boris və Sara siyasi mühacirlər idi. Onlar öz sahələrində peşakarıydılar: Boris Sidis Harvard Universitetində psixologiya dərsi keçirdi və bir çox kitab yazmışdı. Sara isə həkim idi, Uilyam doğulandan sonra isə o, karyerasını yarıda buraxmışdı və özünü Uilyamsın tərbiyəsinə həsr etmişdi.
Valideynlər öz üsullarından istifadə etməklə Uilyamı dahi bir şəxsiyyət kimi yetişdirmək istəyirdilər.

Onun "IQ" intellekt dərəcəsi 250-300 ("IQ" tarixində qeydə alınmış ən yüksək göstəricilərdən biri) arasında olub.

6 yaşında Sidis öz qərarıyla ateist olub. Sidis yazdığı ikinci "Book of Vendergood" adlı kitabında Venderqud adlı süni dil də yaratmışdı. Bu dilin əsas tərkib hissəsi latın və yunan dilindən götürülmüşdü.

Yetkin yaşlarında o, adi mühasib işləyirdi. İnsanlar onun dahiliyindən xəbər tutan kimi isə, o, işdən azad edilməsini xahiş edirdi. Adi həyat yaşamaq məqsədiylə o, jurnalistlərlə ünsiyyətdən qaçırdı.

Bir çoxları onun valideynlərini Sidisi belə üsullarla böyütməkdə və erkən yaşda universitetə daxil olmasını əngəlləmədiklərinə görə günahlandırırdılar.

Sidis özündən sonra Amerika tarixi, psixologiya, kosmologiya sahəsi üzrə bir çox elmi-tədqiqatlarını qoyub gedib. O dəmiryol biletləri kolleksiyasını yığmaqla məşğul olurdu və hətta bu haqqda "Frank Falupa" ləqəbi altında traktat da yazmışdı.

Sidis1944-cü ildə, 46 yaşında beyin qansızmasından dünyasını dəyişib.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2501
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv