Qaranlıq qorxusu

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 537
Səs ver:
(səs: 1)
 
Qaranlıq qorxusu-uşaqlar arasında ən çox yayılmış qorxu növüdür. Əslində böyüklər də zil qaranlıqda qalmağı xoşlamırlar. Özlərini belə şərairdə narahat hiss edirlər. Biz qaranlıq otağa girən kimi işığı yandırmağa tələsirik. 4-5 yaşlı uşağı, yada ibtidai sinif şagirdini işıq yanmayan yerdə sakitcə gəzdirməyə yaxud qaranlı otaqda nəsə gətirməyə vadar etmək müşkül işdir.
Qaranlığın özündə insana xoşagəlməz hiss gətirən nəsə var. Bir qayda olaraq, çirkin əməllər gecənin qaranlığında baş tutur. Elə nağıl və əfsanələrin bədniyyət qəhrəmanları da əsasən gecələr fəaliyyətə başlıyırlar.
Əgər qaranlıq otaqda tək yatmaq uşağı dəhşətə gətirirsə, nə etməli? Balacayaacıqlanmaqla onu "möhkəmləndirmək”, qorxmamağa alışdırmaq lazımdırmı? Yoxsa onun bu qorxularına səbrlə
yanaşmaq və uşağı nəyin bahasına olursa-olsun, qaranlıqda yatmağa məcbur edərkən bu qorxunu daha da kəskinləşdirə bilərmi?
Psixoloqlar belə hesab edirlər ki, əgər uşaq qorxursa, onu qaranlıqda yatmağa məcbur etmək olmaz. Əgər uşaq gecə lampasının zəif işığında yatarsa bu həm onun üçün, həm də böyüklər üçün yaxşı olar. O özünü təhlükəsiz hiss etdikdə, daha rahat yatacaq. Lakin psixoloji kamforta nail olmağın astar üzü də var. Həkimlərin fikrincə, süni işıq orqanizmin daxili saatlarını nizamlayan melatoninin səviyyəsini aşağı salır. Bu isə uşağın ümumi əhvalını pisləşdirə bilər. 
Qorxu hissinə diqqət yetirməmək olmaz. Ümumiyyətlə, psixoterapevtlər qorxunun bu növünü dəf etmək üçün 1 neçə üsul təklif edirlər. Yenə də əsas kömək valideynlərdən gəlməlidir. Məsələn uşaqlarla xüsusi oyun oynamaqla bu qorxunu dəf etmək olar.
3-4 yaşlı uşaqlar üçün nəzərdə tutulan oyunlardan biri. Bu oyun "Yuvadakı heyvanlar” adlanır. İşığı yanılı qoyub uşaqla birlikdə yatağa uzanıb ədyalı başınıza çəkin və təxminən bu sözləri deyin. "Biz balaca dovşanıq. Öz rahat yuvamızda uzanmışıq. Çöldəsə soyuqdur, yağış yağır, külək vıyıldayır, bizə isə istidir, rahatdır, sakitlikdir. Heç kim yanımıza gəlməyəcək, heç kimi yuvamıza buraxmayacayıq.Yuvamızın divarları çox qalındır, heç kim də bizi qorxuda bilməz” Bu sözləri sakitləşdirici səslə, laylay çalırmış kimi söyləmək lazımdır ki, uşaq yavaşca yuxuya getsin.
Bir şeyi unutmayın qorxulara qalib gəlmək mümkündür.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri