”intimdən doyanda Tanrıyla maraqlanırsınız!!!”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 237
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318576785-656.jpg

Filosof Oşo intim haqqında


"Oşo" kimi tanınan mistik Racniş hərəkatının əsas qüvvələrindən biri Çandra Moxan Racnişin "intim" adlı kitabından:

"intim - sizin yaradıcılığınızın nəticəsi deyil, onu siz yaratmamısınız, intim - Allahın bəxşişidir.

intim - həzdir!


Bu yaradanın zövq almaq, bayram etmək üçün verdiyi hədiyyədir.


intim - varlığın iştirak etdiyi böyük bir festivaldır.


Kim sizə deyib ki, intim çirkinlikdir?


Bütün həyat intimdən doğur, bütün həyat intimin sayəsində çoxalır".


Bəlkə, bu cümlələri oxuduqdan sonra kiminsə artıq bu yazıya görə mənə, Oşoya və Kulis.az-a qarşı ittihamları yarandı. Amma gəlin ittihamlarımızla tələsməyək.

Öz aramızdır, Oşo intimə heç də pis tərif verməyib. O deyir ki, hətta sizin müraciət etdiyiniz həkim də əslində, intimin bütün mahiyyətini bilmir. Onların da biliklərinin mənbəyi adi həyatdır. Düzdür, həkim intimin fiziologiyasını bilir, amma bu, hər şey deyil. Onun psixoloji və ruhani-mənəvi tərəfi var. Fiziologiya yalnız aysberqin görünən səthi tərəfidir. Hamı düşünür ki, intim barədə hər şeyi bilir.

Problemlərdən biri də ondadır ki, insanlar sevgi aktına addım-addım getmirlər. İki insan oturduqları yerdə birdən sevişməyə başlayırlar. Bu çox qəfil baş verir, xüsusən də qadın üçün. Qadın və kişi enerjisi fərqli olduğu üçün, kişilər üçün bu o qədər də göydəndüşmə təsiri bağışlamır. Kişinin intimuallığı lokal xarakter daşıyır, qadının intimual enerjisi isə bütövdür, onun bütün bədəni bu prosesə cəlb olunmalıdır. Bu prosesdə hər iki tərəfin enerji mübadiləsi baş verməsi üçün sevgi olmalıdır. Sevgisiz intim yalnız yüngülləşmə və enerji itkisizdir. Bu zaman harmoniya baş vermir, intimual mərkəzlər bir-birinə qovuşmur və harmoniya dairəsi yaranmır. Ona görə də sevgisiz intim zamanı yalnız fiziki tələbat ödənir, ruhi tələbat ödənmədiyi üçün xoşbəxt olmursunuz.

intimdən başqa intimuallıq var. intim gözəldir, amma intimuallıq pisdir, eybəcərlikdir. intimuallıq intimin abstraktlaşdırılmasının nəticəsidir. intimin mərkəzi beyin deyil, o şüurun funksiyası deyil. Amma intimin mərkəzi beyin olduqda, bu barədə fantaziyalar qurduqda intim yox, intimuallıq yaranır. Elə problemlər də burdan yaranır. intimi düşündükcə problemləşir. Bu hissi, bu problemi Qərb kəskin şəkildə hiss edir, çünki Qərb intimi həddindən artıq fantaziyalaşdırıb.


Amma bu problem təkcə, Qərbdə deyil, Şərqdə də mövcuddur, sadəcə başqa səbəbdən. Şərq intimi boğduğu üçün, sıxışdırdığı üçün intimuallaşıb. Hər iki tərəf intimuallaşdığı üçün ondan təbii zövq almaq hissini itirib. Qərb intimi həyatın əsas məqsədinə çevirərək patologiyaya çevirib, Şərq isə onu insanla Allah arasında maneə, baryer kimi görərək bu vəziyyətə gətirib. intim isə nə son məqsəddir, nə də ki maneə. intim aclıq, susuzluq kimi bir hissdir, bir ehtiyacdır.

Qərbin daha bir problemi ondadır ki, Qərb düşüncəsinə görə, kişi qadına, qadın kişiyə həzz verməlidir. Ona görə də indi hər iki tərəf narahatlıq içərisindədir. Kişi düşünür ki, doğurdanmı qadına həzz bəxş edə bildi, yoxsa yox. Eynilə də qadın. Və hiss edəndə ki, bir kişi kimi siz buna nail ola bilmədiniz, bu daha çox vəziyyəti korlayır, getdikcə əminlik hissi itir. Qadında bu fikirlərdən əziyyət çəkdikdə, onda nəinsə çatmadığını, intim anlamında yetərli olmadığı düşünür. Bu barədə düşünmək, narahat olmaq lazım deyil.

99% faiz intimi yüngülləşmə, azad olma kimi bilir, onlar orqazmdan xəbərsizdirlər. Hətta onlar fikirləşsələr də ki, onlar orqazma çatırlar, bu sadəcə cinsi orqanların yüngülləşməsidir, orqazm deyil.

Orqanizmin cinsi orqanlarla heç bir əlaqəsi yoxdur. Cinsi orqanlar da orqazm zamanı iştirak edirlər, amma orqazm insanı bütünlüklə başdan ayağa əhatə edir.

Eyakulyasiya - orqazm deyil, bu intimual yüngülləşmə, azad olmadır. Əslində belə yüngülləşmə neqativ xarakterlidir, çünki bu zaman siz enerji itirirsiniz. Orqazm isə tamam başqa aləmdir. Bəs onda orqazm nədir?

Orqazm elə bir vəziyyətdir ki, bu anda siz bədəninizi cisim kimi hiss etmirsiniz, bədəniniz titrəyir, elektrik enerjisi kimi vibrasiya edir. Bədəniniz o qədər dərindən, içdən titrəyir ki, onun maddiliyini unudursunuz. Əsl dərindən yaşanan orqazm, bədəninizin titrəyişi sayəsində bədəninizin ən dərin qatlarına - maddiliyin olmadığı, yalnız enerji dalğalarının hökm sürdüyü qatlara çatırsınız. Bu zaman siz də, rəqs edən enerji dalğasına çevrilirsiniz. Sizin üçün artıq heç bir sərhəd mövcud olmur - yalnız enerji titrəyişi. Sizin sevdiyiniz şəxs də titrəyir. Orqazm zamanı siz maddilikdən çıxaraq əsl mahiyyətinizə enerji dalğalarına çevrilirsiniz. intimual orqazmın mənası ondadır ki, sizin donmuş enerjiniz əriyir və kainatla, ağaclarla, ulduzlarla bir anlıq da olsa vəhdətdə olur. intimual orqazm üçün vaxt lazımdır, çünki o sizin bütün varlığınıza, ağlınıza, ruhunuza hopmalıdır. Orqazm yüngülləşmə deyil, bir sevincdir. Bu sizin digər bir bütövlüklə görüşünüzdür. Amma insanlar bunu bilmirlər, çünki onlar enerjinin aşıb-daşması səbəbindən deyil, sadəcə tələbatlarını ödəmək üçün görüşürlər. Orqazm barədə düşünəndə ona nail olmaq çətin olur bu, sanki bir iş yanaşmasıdır. Beyin bu fikrə yönələndə, orqazmın baş verməmə qorxusu intimual mərkəzi iflic edir. intimual mərkəz insan məqsəd güdməyəndə, qorxusuz vəziyyətdə, həmin anda heç nə düşünməyəndə sərbəst olur.

Əslində, mənim cəhdlərim sizə intimi bəyəndirmək deyil, sizi ondan bezdirməkdir. Çünki siz intimdən "doyduqdan" sonra Tanrı ilə maraqlanacaqsınız, əks halda heç vaxt. intimə "ac" olan insanlar onunla maraqlanmağa davam edirlər. Ona görə də mən bu hissi boğmağa, sıxmağa qarşıyam. Təəccüblənəcəksiniz, amma mənim bütün məntiqim budur. Çünki intimə "ac" olan insan bu hissə mübtəla olur. Ona görə də mən deyirəm ki, qoy, hər kəsin əldə edə biləcəyi, yaşaya biləcəyi "intimi" olsun və o bir gün kəhkəşanda işıldayan və yavaş-yavaş sönən göy cismi kimi yoxa çıxacaq. intimin bütün əhəmiyyətini itirdiyi həmin gün möhtəşəm gün olacaq. intimi olduğu kimi qəbul etmək, istifadə etmək və geridə qoymaq lazımdır. Rədd etmək yox, fikir verin geridə qoymaq lazımdır. Onu rədd edib, şüuraltına ötürməklə, geridə qoymaq arasında fərq böyükdür.


Problem yaradan məqamlardan biri də, insanların həddindən artıq sevişmələridir. Beləliklə, intim də gündəlikliyin bir hissəsinə çevrilib. intimi adiləşdirmək olmaz. Yalandan, xala xətrin qalmasın deyə, intimlə məşğul olmaq mənasızdır, onun üçün güclü istək, ehtiras olmalıdır. Ona görə də düzgün anları gözləmək lazımdır. Misal üçün, cütlüklərin aralarındakı mübahisədən sonra sevişməyə başlamaları heç də düzgün deyil, çünki həmin intim günahkarlıq hissini kompensasiya üçündür.

İndi bəlkə də, bu vəziyyəti keçirmiş bir çox insan Oşo ilə razılaşmayacaq ki, yox əslində bu çox möhtəşəm intim idi. Amma fikirləşin, aşıb-daşan sevgi hisslərinin nəticəsi kimi intim yaxşıdır, yoxsa bir-birini incidib intimə keçmək ?

Oşo deyir ki, ən əsası öz qadınınızı sevin və onun istisində əriyin. Bir anlıq beyninizdəki hər bir fantaziyanı unudun. intim zamanı qadına nəsə sübut etməyə çalışmayın, çünki bu zaman şüur işə girir. Sevişərkən sizin kişi, qarşınızdakının qadın olduğunu yaddan çıxarın. Ən əsası tələsməyin, zaman hissini unudun bir anlıq. Qərbdə kişilərin 70%-i bundan əziyyət çəkir. Şərqdə isə vaxtından əvvəl eyakulyasiya problemi olmayıb. Çünki Şərqdə proseslər ləng edir, vaxt problemi yoxdur. Qərbdə hər kəs, hər şey tələsir. Belə təəssürat yaranır ki, həyatda yeganə məsələ hər bir şeyi daha çox sürətlə etməkdir. Amma bütün böyük işlər səbr tələb edir, əks halda sizi uğursuzluq gözləyir.

İnsan öz yolunu , həyat tərzini tapdıqdan sonra intimual problemlər də aradan qalxır. intimual problemlər həyat enerjisinin düzgün istiqamətdə getməməsindən yaranır. Misal üçün, siz xoşlamadığınız işi görürsünüz və bu hər gün təkrarlandığı üçün xroniki hal alır. Amma bir gün siz sevdiyiniz işlə məşğul olsanız, o zaman hər şey dəyişəcək, sevgi, münasibətlər də öz yoluna düşəcək.

Oşo sevgi intim məsələsində Qərb modelini düzgün model saymır, amma heç Şərq modelini də dəstəkləmir. Əslində, o bu hissi adiləşdirməməyi və həqiqətən istəyərək intimi seçməyi, intim anında isə zaman hissini, nə isə sübut etməyi və gələcəyi düşünməməyi, anı olduğu kimi yaşamağı fikrini irəli sürür.

Odur ki, enerjinizi düzgün qiymətləndirin və yaşadığınız intimi sadəcə intim olaraq yox, əsl bayram olaraq dəyərləndirin, bəlkə ,o zaman dünya dəyişdi. Dünya dəyişməsə belə, sizin üçün çox şey dəyişə bilər.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri