1.Qadınlar.biz banker.az-a istinadən bildirir ki, bütün tarix boyu ən böyük cekpot (390 milyon dollar) 2007-ci ilin mart ayının 7-sindən 8-nə keçən gecə Mega Millions lotereyasında oynanılmışdır. Tirajdan bir neçə gün əvvəl bütün ölkədə lotereya satılan avtomatların qarşısında böyük növbələr yaranmışdı. Nyu-Yorkda bir saat ərzində 1 milyondan çox bilet satılmışdı. Cekpotu qazanmaq şansı 176 milyonda 1 idi və bu xoşbəxtlik Nyu- Cersili iki insanın bəxtinə düşür. Onların hər biri 190 milyon dollar qazanmışdılar.