Niyə xoruldayırsınız?

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 471
Səs ver:
(səs: 0)
Araşdırmalar nəticəsində müəyyənləşib ki, gündəlik iş stressindən əziyyət çəkən insanlar gecə daha çox xoruldayırlar.

Gecə yetərincə yatmayan və yuxusuz qalanlar gün ərzində daim bitkin və yorğun olurlar. Ancaq iş tempinin gərginliyi və gedərək artan stress səbəbindən yorulan insanlar gecə daha çox xoruldayırlar. Bu hal insanı həm fiziki, həm də ruhən sarsıdır və işdə ciddi problemlərin yaranmasına yol açır. Xoruldayan insanlar normal olaraq 7-8 saat yatsalar da, heç bir faydası yoxdur. Onlar yenə də gün ərzində özlərini yorğun və əzgin hiss edirlər. Boyun nahiyələrində həddən çox tərləmə, ağız və boğaz quruluğu, ürək bulanması və baş ağrısıyla yuxudan oyanırlar. Bu yorğunluq və ağrılar gün ərzində hər sahədə uğursuzluqla nəticələnir.

Xoruldamağın səbəbləri nələrdir?
- Piylənmə
- Qısa və qalın boyuna sahib olmaq
- İrsi olaraq keçməsi
- Alt çənənin normadan balaca və geridə olması
- Spirtli içki və siqaret istifadəsi
- Uzun müddət antidepresant dərmanlardan istifadə edilməsi
- Gərgin iş tempi və stress
 
 
 
Xoruldayan qadınlar yüzdə 10 faiz təşkil etsə də, menopauza dönəminə girən qadınlar arasında bu faiz yüzdə 40 təşkil edir. Nizamsız həyata sahib olanlar, spirtli içki və siqaretdən istifadə edən qadınlarda da xoruldama hallarına daha çox rastlanır.

Necə müalicə edilir?

Xoruldamanın qarşısını almağın yeganə yolu xoruldamaq əleyhinə protezlərdən istifadə etməkdir. Bu protezlər hər kəsə özəl olaraq hazırlanır, dişlər üzərinə otuzdurulur və gecələr istifadə edilir. Nəfəs almanı rahatladaraq xoruldamağın qarşısını alır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri