Səhv haqqında aforizmlər

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 23 186
Səs ver:
(səs: 5)
 
Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir. ( Bertold Brext: Alman yazıçısı )

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq. ( Sabine Tastu: Fransız şairi )

Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər. ( İohann Volfanq Höte: ( Alman şairi )

Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. ( Qabriel Onore Marsel: Fransız filosofu )

Başqalarının etdiyi xətalara görə qəzəbləndikdə onları yox, özümüzü cəzalandırmış oluruq. ( İmmanuel Kant: ( Alman filosofu )

Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır. ( naməlum )

Qəbul edilən bir xəta qazanılmış bir zəfərdir. ( Naməlum )

Ən böyük xəta xətaların fərqinə varmamaqdır. ( Tomas Karleyl: Şotland yazıçısı )

Xəta etmək bir şey deyil, onu unutmaq pisdir. ( Konfutsi: Qədim Çin Mütəfəkkiri )

Səhvi düzəltməmək ən böyük səhvdir. ( Konfutsi )

Əvvəlcə həqiqəti bilmək lazımdır, həqiqət bilinərsə, səhv də bilinər. Ancaq əvvəlcə səhv bilinərsə, həqiqətə çatmaq olmaz. ( Əbu Nəsr Muhəmməd əl-Fərabi: Qazaxıstan filosofu )

En böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir. ( Tomas Karleyl)

Çalış bu dünyada səhv eyləmə sən,
Çox bizim kimilər yanmış səhvindən. ( Nizami Gəncəvi )
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 23 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri