“Bakcell”dən CİN abunəçilərinə Novruz sovqatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 545
Səs ver:
(səs: 0)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bütün xüsusi tarixlərdə olduğu kimi Novruz Bayramı ərəfəsində də abunəçilərini düşünərək  yeni kampaniyaya start verir.
1 mart 2014-cü il tarixindən etibarən CİN abunəçiləri hər dəfə balanslarına minimum 2 AZN yükləyərkən ölkədaxili bütün zənglər üçün 10 dəqiqə bonus əldə edəcəklər. Bonus dəqiqələr almaq üçün edilən yükləmələrin sayına məhdudiyyət qoyulmur, yəni abunəçinin kampaniya müddətində dəfələrlə balansı artırmaqla daha çox pulsuz dəqiqələr qazanmaq şansı var.
Kampaniya 24 mart 2014-cü il tarixinə qədər aktiv olacaq.
"Bakcell”in CİN abunəçilərinə təqdim etdiyi bu unikal fürsətdən yararlanmaq üçün sadəcə,  5540 qısa nömrəsinə pulsuz SMS yollamaqla kampaniyaya qoşulmaq yetərlidir. İNFO yazıb 5540 nömrəsinə göndərməklə  kampaniya haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Novruz kampaniyası çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 mart tarixləri müddətində  istifadə oluna  bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr kampaniya başa çatdıqdan sonra silinəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri