Doğulduğun günə görə xarakterini bil!

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 10 953
Səs ver:
(səs: 1)
Bazar ertəsi doğulanlar - həddən artıq həssas, çox böyük fantaziya qabiliyyətinə malik, ünsiyyət axtarıcısı, qadınlarla həmsöhbət olmaqdan hədsiz zövq alan şəxslərdir. Onların sevgiyə, başa düşülməyə, zərifliyə böyük ehtiyacı var. Təklik və tənhalıq onlardan ötrü cəhənnəm əzabıdır. Zahirən sakit görünsə də, daxilən həyəcanlıdır. Həmişə nigaranlıqla düşünür ki, görəsən malik olduğu məhəbbəti göstərə biləcəkmi?

Çərşənbə axşamı doğulanlar - istəklərini özünə lazım olan səviyyədə ifadə etməyi bacarır, dedikləri hər zaman diqqət çəkir. Adamları yoldan çıxara bilir. Onun gözünə görünən bir üsulu var - maraqlandıraraq adamları özündən asılı edir. Özünəməxsus yumoru ilə tanınır. Gülüşünə görə başqalarından seçilir. Uğursuzluğu özündən uzqlaşdırmaqda çox mahirdir. Elə əylənmək istəyir ki, başqaları da orada iştirak edə bilsin. İlk baxışdan isə dağınıq və fikirli görünür.

Çərşənbə günü doğulanlar - namuslu, vicdanlı, məhəbbətdə ədəbli adamlardır. Onların içərisində dərin zəriflik gizlənir. Çox vaxt hisslərini göstərə bilmir. Onlara etibar etmək olar, əgər vurulubsa, bütün ruhu ilə sevir. Diqqətcil və sadiqdir. Hisslərin partlayışlı olduğuna inanmır. Ehtirasda sakit və inamlı olmağı üstün tuturlar.

Cümə axşamı doğulanlar - anadangəlmə arvadbazdırlar. Şəxsi müşahidələri və yaşantılarıyla həyatı bütün incəliklərinə görə öyrənmək istəyir. Bununla belə azadlığını və sərbəstliyini qorumaq istəyir. Həyatın çətinliyindən qorxmasa da, tək yaşamağı bacarmır. Aktyor hərəkətləri ilə hədsiz həssaslığını gizləyir. Dərin ehtiraslı olan bu adamlar təzadlıdır, üsyançı və ya müti olacağı ovqatından asılıdır.

Cümə günü doğulanlar - aktyordur. Onun məlahəti qarşısında tab gətirmək mümkün deyil, əgər deyirsə ki, sizi sevir,deməli bu doğrudur. Zəriflik, yumşaqlıq onun xarakterinin əsasını təşkil edir. Hiss etməlidirlər ki, onu sevirlər, təqdir edirlər, qayğsına qalırlar. Ailə, nikah, ev-eşik tez-tez işlətdiyi sözlər, düşündüyü məfhumlardır.

Şənbə günü doğulanlar - hər şeydən qabaq müstəqil adamdır. Onlar tək yaşamağı bacaran fərdiyyətçidir. Sirli və təyin olunmazdır. Qadınlara etibar etmir. Hədsiz hissi ola-ola onları gizləyirlər.

Bazar günü doğulanlar - özünə inamlı və özünə müştəbehdir. Qadına münasibətdə özünü qoruyucu kimi göstərir. Tanınmağı sevilməyindən üstündür. Öz təşəbbüskarlığı və hökmü ilə təəssürat yaradır. Onlar danışmağı sevir və tərifdən ötrü ürəkləri gedir
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 10 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri