Mənim adım Ayladır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 237
Səs ver:
(səs: 1)
Ziya Səfərbəyovun ABŞ və Avropada işıq üzü görən "Mənim lənətlənmiş dünyam" kitabından parça...
 
"Mənim adım Ayladır – amma eyni zamanda hal-hazırda adlarından çıxış etdiyim, həyatın çətinlikləri üzləşmiş minlərlə qızın adlarını üzərində daşıyıram. Sizə reallıqdan, amma sizin reallığınızdan deyil, öz həqiqətlərimdən bəhs etmək istəyirəm. Özünüzü fərz edilən, iztirab çəkən insan kimi təsəvvür edərək, həyatınıza intiharla son qoymaq istədiyiniz bədbəxt sevgi, iş karyerasında olan tənəzzül səbəblərindən uydurulmuş çətinliklər haqqında bəhs etməyəcəm. Axmaq, eqoist insanlar... Özünüz haqqında olan həqiqətləri bütünlüklə eşitmək istəyirsinizmi? Qızının qəddar şəkildə iki namussuz tərəfindən qəbirstanlıqda zorlanmağı səbəbindən, göz yaşları axıdan ananın əzablarından sizə bəhs edəcəm... Sizə diri-diri ölən zorlanmış qızın iztirablarından və sizlər tərəfindən ünvanına deyilən alçaq, murdar sözlərə görə günü-gündən məhv olan yazıq qızın haqqında bütün həqiqəti danışacam. Məni alçaldan, nalayiq zarafatlar edən hər bir insanı öz ölümümdə günahlandırıram. Bu video yayımlandıqdan sonra, bəlkə də nifrət obyektinizə çevriləcəyəm, çünki həyatınızın sonunadək sizi təqib edəcəm. Hətta yuxularınızda belə sizi rahat yaşamağa qoymayacam. Məni indi incidən, əzab verən kabuslar, tezliklə sizin qurtula bilməyəcəyiniz əbədi kabuslara çevriləcəklər. İndi siz bu videonu izləyirsiniz. Mən isə damda uçurumun kənarında dayanaraq, həyatda son addımımı atmaq üçün hazırlaşıram, bəlkə də artıq heç həyatda belə yoxam.

Özünüzə gəlin, insanlar! Mürgülədiyiniz bu rahat yuxudan nəhayət ki, ayılmağa çalışın. Əgər bu gün bu bəla sizin başınıza gəlməyibsə, sabah belə bir hadisənin yaxınlarınızın başına gəlməyəcəyini necə sığortalaya biləsiniz? Zorakılığın açıq faktı daha çox deyil, məhz cəmiyyətin münasibəti məni bu sonluğa vadar etdi... 
 


 


(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri