Həyatın qədrini bilək

Müəllif: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 4 468
Səs ver:
(səs: 1)
Bir kor qız gözlərinin görmədiyinə görə özünə nifrət edirdi. O öz sevgilisindən başqa heç kəsi sevmirdi. Sevgilisi ona həmişə dayaq olurdu. Qız deyirdi ki, kaş ki dünyaya baxıb, onu seyr edə biləydi, onda dərhal sevgilisi ilə evlənərdilər. Bir gün kimsə öz gözlərini qıza qurban verdi. Artıq qız hər şeyi görürdü, sevgilisini də həmçinin. Sevgilisi ondan soruşdu: "İndi dünyayı seyr edə bilirsən, mənimlə evlənərsən?”
Qız sevgilisinin də kor olduğunu görəndə məəttəl qalmışdı. Onunla evlənməyə razı olmadı.
Sevgilisi ağlayaraq getdi və sonra ona son məktub yazdı:
”Səndən axırıncı xahişim var - gözlərimi qoru, çünki mən səni o qədər sevirdim ki, onları sənə qurban verdim.”
Bu an - həyatda vəziyyətin dəyişməsinə görə insan ağlının dəyişildiyi andır.

Həyat - hədiyyədir! Fikirləş bunları..!
1. Bu gün xoş olmayan söz deməzdən əvvəl, danışa bilməyənlər haqda fikirləş!
2. Yeməyin dadına şikayət etməzdən əvvəl, yeməyə heç nəyi olmayanları fikirləş!
3. Ərinə və ya arvadına şikayət etməzdən əvvəl, Allahın onu tərk etməməsini yalvaranları fikirləş!
4. Həyata şikayət etməzdən əvvəl, həyatdan tez gedənləri fikirləş!
5. Uşaqlarına şikayət etməzdən əvvəl, uşaq arzusunda olan, lakin uşağa sahib ola bilməyənləri fikirləş!
6. Evin təmizliyi haqda şikayət etməzdən əvvəl, evləri olmayan, küçədə qalanları fikirləş!
7. Maşınla qət edəcəyin məsafəyə deyinməkdən əvvəl, bu məsafəni ayaqla qət edən insanları fikirləş!
8. Yorulub öz işinə şikayət etməzdən əvvəl, işsizləri və iş arzusunda olanları fikirləş!
9. Kimisə barmaqla göstərib, onu rişxənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
10. Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!

P.S. Həyat çox qısadı.. biz onu anlamamış ondan ayrılmalı oluruq.. Gəlin hər addımımızı elə ataq ki, nə ətrafımızdakılara, nə də özümüzə ziyan dəyməsin. Özünüzü fikirləşməmişdən öncə başqalarını fikirləşin ki, başqaları da vaxt gələndə sizin qayğınıza qalsınlar.. Bu dünyadan, həyatımızdan şikayətimiz çox olur, amma sadəcə zaman ayırıb necə xoşbəxt olduğumuz haqda düşünməmiz gərəkdir.. Sevdiklərinizin sizlər üçün nə qədər qiymətli olduğunu anlamaq üçün, onları itirməyi gözləməyin.. "Dünya nərdivandı, biri qalxır, biri düşür".
Görə, danışa, eşidə və yeriyə bildiyiniz hər bir anın qədrini bilin.. Əmin ola bilərsiniz ki, onların hanısınısa itirsəniz, olduqları zamanın qiymətini anlamadığınıza görə çox peşman olacaqsınız.. Amma necə deyərlər "Sonrakı peşmançılıq fayda verməz..!"
Çoxumuzun hələ cavan olduğundan "cavanlığımızın" qədrini indidən bilməyimizi məsləhət görürəm.. "Cavanlıq getdi gəlməzdir, qocalıq gəldi, getməzdir".. Həyatınızın üzünüzə gülməyini arzu edirəm, əgər gülmürsə onda səbirli olun.. sizin də üzünüzə gülümsəyəcəyi zaman gələcək.. Həyatın qanunudur bu.. Nə birini həmişə güldürər, nə də həmişə ağladar..
Gəlin Allahın bizə verdiyi ən gözəl hədiyə olan "həyatımızın" qədrini gec olmamış bilək...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri