Nəyini sevmişdin bu kişilərin? ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 314
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1319007157-656.jpg

Çapıq, çiçək, tər, eynək

Qadınları cəlb etmək üçün Devid Bekhem və ya Bred Pitt olmağa ehtiyac yoxdur.

Sizin heç fikir vermədiyiniz, amma qadınları cəlb edən bilirsiniz nə qədər cəhətləriniz var?

Cəlbedici hesab etmədiyiniz cəhətləriniz bəzən qadınları "dəli edə" bilir. Sizi fərqli edən bu cəhətlərinizi kəşf edin ki, inamınız artsın.

Beləliklə, qadınların kişilərdə sevdiyi 4 fərqli cəhət:


Çapıq izləri
İlk görüşünüzdə qadınlar sizin hər hansı yara izinizi görüb, mütləq tarixçəsini öyrənməyə çalışacaqlar. Çapıqlar kişilərə gizlilik və xarizma verir.

Reperlərin üzlərindəki yara izlərini intimual hesab edən xeyli sayda qadın var.

Bu mövzuda hətta araşdırmalar da aparılıb. Liverpul və Sterlinq universitetlərinin alimlərinin araşdırmalarına görə, çapıqlar ən çox cəsarətlə əlaqələndirilir. Çapıqlar kişiləri cəsur göstərir və rəqibini yaraladığının sübutu da sayılır. Odur ki, kişilər siz olun, uşaq vaxtı pilləkəndən düşüb yıxılmağınızı heç vaxt sevgilinizə açıqlamayın.
Evinizdəki çiçəklər
Evinizdə, həyətdə çiçək yetişdirmək qadınları siz düşündüyünüzdən də çox təsirləndirir. Qadınlar çiçəklərin yaxşı yetişdirildiyindən bir çox nəticələr çıxarır. Məsələn, sevgilisinə diqqətli olacaq, ev işlərində ona kömək edəcəyinizi düşünəcək.

Bu mövzuda keçirilmiş daha bir araşdırmanı diqqətinizə çatdıraq. İngiltərənin ən çox satılan kişi jurnalı "Nuts"ın 1500 insan arasında keçirdiyi sorğuda məlum olub ki, qadınlar ətrafa, çiçəklərə maraq göstərən kişiləri çox cazibədar hesab edirlər.

Alimlər isə həftədə yarım saat həyətdə iş görən kişilərin daha temperamentli olduğunu deyirlər.

Tər
Düzdür, o dəqiqə fikirləşəcəksiniz ki, tər niyə cəlbedici olsun axı? İnanmırsınızsa, futbol və ya digər idman oyunlarında qadınların tərləyən kişilərə necə heyranlıqla baxdığına diqqət yetirin.

Araşdırmaçılar belə bir test keçiriblər; kişilərə maraqsız sənədli film və intimual filmlər izlətdirib, tər nümunələri götürüblər. Təcrübədə könüllü iştirak edən qadınlar nümunələri qoxuladıqda maraqlı nəticə alınıb. Belə ki, qadınlar intimual filmlər izlənən vaxt yaranan tər nümunələrini iylədikdə bundan zövq aldıqlarını və çox intimual olduqlarını bildiriblər.

Eynək

Stokholm Universitetində edilən araşdırmalara görə, qadınların çoxu eynək taxan kişiləri taxmayanlardan daha üstün tuturlar.

Eynək əksər vaxt zəka, ağıl göstəricisi kimi qəbul olunur. Qadınların isə ağıllı kişilər üçün "ürəyi gedir".

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri