İnsan daima sınanılmaqdadır.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 670
Səs ver:
(səs: 2)

alt

 

İnsan daima sınanılmaqdadır.

Günahlarla dolu həyatı vardı. İbadətə də çox yaxınlaşmırdı.
Bir gün, bir nurani yaşlı kişi ilə bir yerdə oturdu.
Söhbət əsnasında "Müəllim," dedi, "Mən qədərin mahkumu­yam. İstəyirəm, amma namaz qıla bilmirəm. Mənim qədərimdə namaz qılmaq yox imiş."
Yaşlı kişi lətifəni sevən birisiydi. Dedi: "Sən mənim illərdir axtarıb da tapa bilmədiyim adamsan. Demək qədəri oxuya bilirsən. Söylə, mənim qədərimdə nə var?" Cavan çaşıb qalır, deyəcək bir şey tapa bilməmişdi.. Yaşlı kişi davam etdi:
"Bax burada bulaq var. Qollarını sıva, dəstəmaz al, ardından burada iki rükət namaz qıl, bax o zaman qədərin necə deyişə­cək. Qədərində namaz qılmaq olacaq."
Nədənsə qədər daha çox günahlarda istifadə edilir. Tələbələr zəif qiymət aldıqda "Müəllim verdi" demələri kimi, günahlara batan kəslər də bunu qədərin verdiyini zənn edirlər.
Sözgəlişi bir günəş və ya bir alma ağacı üçün belə bir azadlıq yoxdur. Günəş həqiqətən qədərin məhkumudur, Ona təyin olunan orbitdə yol almağa məcburdur. Alma ağa­cı, alma verməyə məcburdur.

Amma insanın qarşısında tək yol deyil, yollar vardır. Tək seçim deyil, çox seçimlər vardır. O, istəsə iman edər, istəsə küfrü seçər. İstəsə şükr edər, istəsə nankorluq edər. İstəsə itaət edər, istəsə üsyan edər.

O, bir robot deyil. O, küləyin qarşısında sovrulan bir yarpaq deyil. Əli, qolu bağlanıb dənizə atılmış, özünə "Haydı, üz görək!" deyilmiş də deyil. Belə olunca o məsuldur. Çünki o, sınanılmaqdadır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri