Bilirsinizmi? - Maraqlı faktlar..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 10 152
Səs ver:
(səs: 1)

alt
Hippokrat andı

Qədim yunan həkimi antik təbabətin reformatoru olan Hippokrat e.ə.460-377 «Təbabətin atası» adlandırılır. Böyük alim tibbi məbəd təbabətindən ayrılmış, onu sərbəst fənn kimi inkişaf etdirmişdir. Hippokrata görə, həkim xəstəliyi deyil, xarici mühiti, orqanizmin fərdi xüsusiyyətlərini nəzərə alaraq xəstəni müalicə etməlidir. O, xarici mühit amillərini-iqlim, su, torpaq, insanların həyat tərzi, öləkələrin qanunları və s., insana etdiyi təsir nöqteyi-nəzərindən ayırmışdır. Xəstəliklərin əmələ gəlmə mərhələlərini də müəyyən etmiş, diaqnostika məsələlərini aydınlaşdırmışdır.
Həkimin mənəvi davranış normaları və həkim andı «hippokrat andı»-Hippokrata istinad edilir. Həkim andının-yəni həmin andın ikl variantı hələ qədim Misirdə mövcud idi. Istedadı, nəcibliyi, insanpərvərliyi, fədakarlığı və andı Hippokratı əsrimizə qədər yaşadan keyfiyyətlərdir.
Hippokratın: -«Kim xəstəliyə məğlub olubsa, təbabət ona əl uzatmır»- müdrik kəlamı əbədi olaraq aforizmə çevrilmişdir.



Üz qırxdırmaq tarixindən alt

Qədim dövrdə yaşamış adamları xəyalımızda nədənsə həmişə saqqalı təsəvvür edirik. Halbuki, misirlilər hələ eramızdan əvvəl 2000-ci ildə üzlərini qırxırmışlar. Saqqal saxlamaq imtiyazı ancaq firona və bəzi əyanlara verilərmiş. Əlbəttə, bəzən onlar da üzlərini qırxdırarmışlar. Belə hallarda onlar süni saqqal taxarlarmış. Yunanlar və romalılar saqqal qırxdırmaq ənənəsini möhkəmləndirmişlər. Orta əsrlərdə saqqal ətrafında çoxlu mübahisələr getmişdir. Fransızlarda saqqal pərəstiş predmeti hesab edilmişdir. Saqqalsızlıq rüsvayçılıq, bədnamlıq və namussuzluq sayılarmış. O vaxt kral taxtdan salınanda onun başı və saqqalı qırxılarmış. Fransa kralı 1515-ci ildən I Fransisin fərmanı ilə saqqalı olanlar xəzinəyə xüsusi vergi verirlərmiş. Lakin intibah dövründə dəlləyin əlində yenidən ülgüc görünməyə başladı.
I Pyotr boyarlara elə hey üz qırxdırmağın əhəmiyyətini başa salırdı… I Pyotrun dövründə Rusiyada saqqal saxlamaq qadağan edilmişdi.

Üz qırxdırmağın əsasını kim qoymuşdur?..

 Üz qırxdırmağın əsasını ilk dəfə yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Bu necə yaranmışdır? — Müharibə vaxtı əlbəyaxa döyüşlərdə düşmənin onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını müşahidə edən İsgəndər təcili olaraq saqqalları qırxmaq əmri barədə ciddi əmr vermişdir. 


Qadın şalvarı nə vaxt yaranmışdır?..

 Qadın şalvarlarının indiki biçimini xatırladan şalvarlar ilk dəfə Fransada 14-cü Lüdovikin hakimiyyəti dövründə meydana çıxmışdır. Hərbi nazir Luvuanın keçirdiyi islahatlar nəticəsində Fransa ordusu o vaxtadək görünməmiş saya-300.000 nəfərə çatdı. Bu dövrdə Fransanı xalq-kəndli çıxışları bürümüşdü. Fransanın hərbiləşdirilməsi modaya təsir etdi. 1691-ci ildə yüksək cəmiyyətə mənsub xanımlar məclislərdə bantlar və büzmələrlə bəzədilmiş əsgər tumanlarında görünməyə başladılar. Lakin bu modanın çox yox, təxminən iki ay ömrü olmasına baxmayaraq, 1961-ci il qadın şalvarlarının yarandığı il kimi qeyd edilir. 
alt



Sual işarəsi necə yaranmışdır?..

Bu durğu işarəsi yazıda 15-ci əsrdən başlayaraq tətbiq edilir. O vaxta qədər isə cümlənin növünü oxucu özü təyin etməli olmuşdur. Bir dəfə İtaliya poliqrafçısı Manutsi mətn yığarkən hər sual cümləsinin sonunda latın əlifbasının «Q» (KÜ) hərfini qoymuş və bununla da oxucuların işini asanlaşdırmaq istəmişdir. Həmin «Q» 16-cı əsrin sonunda indi bizə məlum olan sual işarəsinə (?) çevrilmişdir.
 Sual oluna bilər ki, bəs nə üçün Manutsi bu məqsəd üçün məhz «Q» hərfini seçmişdir? Bunun izahı çox sadədir. «Q» latın əlifbasında birincidir, həm də o, sual mənasını daşıyır.




Beronun «Kələyi» nədir?.. 

19-cu əsrdə yaşamış fransalı həkim Beron 1829-cu ildə səhiyyə sahəsindən uzaqlaşaraq «Revyü de Paği» jurnalının əsasını qoymuş, burada romanlar çap etməyə başlamışdır. O, bir dəfə oxucuları intizarda saxlamaq və yeni müştərilər yığmaq məqsədilə romanın maraqlı yerində qəflətən kəsmiş, sonra isə «Ardı gələn nömrədə» sözlərini yazmışdır. Kələk baş tutmuş, jurnal çoxlu oxucu qazanmışdır. Indi dünyanın bütün ölkələrində Bernun «kələyindən» «geninə-boluna» istifadə edirlər.
alt
Dollar sözü necə yaranıb?..

«Dollar» sözü bir vaxtlar Avstriya-Macarıstanda işlənmiş gümüş pul vahidinin, «taler»in təhrif edilmiş formasıdır. «Taler» sözü də «joahimstaler»/ Joahim vadisi/ sözünün qısaltmasıdır. Həmin gümüş pullar məhz Behomiyadakı Joahim vadisi vilayətində kəsilib.



İstirahət günü harada yaranıb?..


Alimlərin araşdırmalarına görə istirahət gününün tarixi bizim eranın 321-ci ilinə təsadüf edir. İstirahət gününü ilk dəfə Roma imperatoru I Konstantin elan edib. Onun qərarı ilə həmin gün nəinki işləmək, hətta qulları da işlətmək qadağan edilib.

Müəllif: Orucov Eldar, Orucova Jalə. 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 10 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri