Qan qrupunu söylə xarakterini deyim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 914
Səs ver:
(səs: 4)
1-ci qan qrupu olan insanlar daxilən güclü, iddialı, mübariz olurlar. Onlar yeniliyə can atmaqları, təşəbbüskarlığı, lider olmaq istəkləri ilə fərqlənirlər. 1-ci qrup qan daşıyıcıları güclü xarakterə malik olmaqla yanaşı, öz maraqlarını həyata keçirmək üçün bütün enerjilərini sərf etməyə hazırdırlar. Məğlubiyyətlə barışmayan bu kəslər üzdə sakit görünsələr də, daxilən çılğın olurlar, ən kiçik haqlı tənqidi belə qəbul edə bilmirlər. Bu qrupa aid olan kişilər sevgilərində də iddialıdırlar. Onlar üçün ən maraqlı qadınlar o kəslərdir ki, həmin xanımlar ətrafdakılar üçün əlçatmaz sayılır. Tez ünsiyyət qurmaq bacarıqları olduqlarından tez də istədiklərinə nail ola bilirlər. Bu qrupa aid olan qadınlar isə cəlbedici və mehriban olmaları ilə yanaşı, olduqca qısqancdırlar
 
Qan qrupunu söylə xarakterini deyim
 
2-ci qan qrupu olan insanlar olduqca ünsiyyətcil, istənilən şəraitə tez uyğunlaşmağı bacaranlardır. Sakitliyi sevən bu qrup insanlar ümumi işin xətrinə tez razılığa gəlirlər. Hər hansı bir xoşagəlməz hadisədən yaranan incikliyi üzdə göstərməsələr də, onu daxilən ağır qəbul edirlər. Bütün daxili hisslərini gizlədərək yalnız təbbəssüm ifadə etmək istəyən 2-ci qrup qan daşıyıcıları stressə və depressiyaya yaxın olanlardır. Onlar həmçinin ədalətli olmağa, düzgün yaşamağa üstünlük verirlər. Bu qrupdan olan kişilər utancaqlıqları ilə fərqlənirlər. Onlar öz məhəbbətlərini adətən baxışları ilə ifadə edirlər. Özlərindən yaşca böyük qadınlara üstünlük verirlər. O cümlədən bu qrupun xanımları da utancaq olurlar. Onlar ailəcanlı, öz həyat yoldaşlarına sadiq və mehribanlıqları ilə fərqlənirlər.
 
 
3-cü qan qrupu olan insanlar açıq və nikbindirlər. Daha çox macəraları sevən bu insanların əllərinə həyat tərzini dəyişmək imkanı düşəndə bu şansı əldən vermirlər. Sağlamlıqlarına xüsusi diqqət yetirən bu qrup insanlar iş nə qədər vacib olsa da, istirahətlərinə vaxt ayırmağı bacarırlar. Onlar hisslərini gizlətmirlər, bütün məsələləri açıq müstəvi üzərində həll etməyi daha məqbul sayırlar. 3-cü qrup qan daşıyıcıları həssasdırlar, onlar mənasız məşğuliyyətlərdənsə insanlara kömək etməyi, sevinc və dərdlərinə şərik olmağı özlərinə mənəvi borc sayırlar. Bu qrupa aid olan kişilər qadınlara çox meylli olurlar. Onlar xanımları dilə tutmağı, ürəklərinə girməyi ustalıqla bacarırlar. Bu qrupun qadınlarında isə özünəgüvənlik daha çox özünü büruzə verir. Onlar kişilərin sədaqətinə və etibarına çox da inanmırlar.
 
 
4-cü qan qrupu olan insanlar ətrafdakıları özlərinə tez cəlb etməyi bacaranlardır. Bu insanların əsas məqsədi həyatda mümkün olan hər şeyi əldə etməkdir. Bir çox hallarda hisslərini cilovlaya bilməyən bu qrup insanlar gözlənilməyən və qəfil hərəkətləri ilə fərqlənirlər. 4-cü qrup qan daşıyıcıları öz iradələrinə tabe ola bilmirlər, öz istəklərinin quluna çevrilirlər. Hər şeyin birdən-birə əldə olunmasının mümkünsüzlünü qəbul edə bilməyən bu insanlar nəticədə mənəvi cəhətdən əziyyət çəkirlər. Bu qrupa aid olan kişilər intim münasibətdə fəaldırlar və özlərini bu sahədə əvəzolunmaz sayırlar. O cümlədən ağıllı və hiyləgərdirlər. Bu qrupun qadınları tələbkar və özlərinə qarşı diqqətlidirlər. Onlar özlərinə həyat yoldaşı seçərkən ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar.
 
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 5 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri