Fenomenal ailə: 39 arvad, 94 övlad, 100 otaqlı ev - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 707
Səs ver:
(səs: 1)
 
Bu kişi, deyəsən, dünya əhalisinin sayının 7 milyard nəfərə çatmasında ən böyük "xidmət"i olacaq insan kimi tarixə düşmək istəyir.
Çünki o, dünyanın ən unikal ailə başçısıdır. Belə ki, 39 arvadı, 94 övladı olan Siona Çana 100 otaqlı ev tikdirib və əhli-küyalı da bu binada yaşayır.
Ailənin əlahiddə məktəbi, çilingər və xarrat emalatxanaları, donuz və quşçuluq fermaları, habelə iri bostanla bağı var.
"Xinhua"ya istinadən bildirir ki, dünyanın ən böyük ailəsinin şam yeməyində adətən 30 toyuq, 60 kq kartof və 78 kq düyü yeyilir.
Hindistanın Misoram ştatının Baktavanq kəndində yaşayan bu ailənin başçısının 14 qızı və 33 nəvəsi də onunla birlikdə yaşayır.
Siona Çananın dediyinə görə, həyatından razıdır və naşükürlük etmir.
Çananın evi kəndin ən böyük binasıdır.
"Övladlarımı tanrıların mənə verdiyi hədiyyə sayıram. Çünki 39 arvadım bir-biri ilə yaxşı yola gedir və mən, dünyanın ən böyük ailəsinin başçısıyam", - Çana deyib.
Çananın ailəsində dəmir intizam var. Bütün arvadlar Çananın ən böyuk arvadı, 71 yaşlı Zatianqinin göstərişlərini sözsüz yerinə yetirirlər.
Ailənin 35 avtomobil və 12 traktordan ibarət qarajına isə Çananın böyük oğlu nəzarət edir.
Çananın dediyinə görə, bir ildə 10 arvad alıb və xanımları da onun dediklərinə qeyd-şərtsiz qulaq asırlar.
Siona Çananın arvadlarından biri, 35 yaşlı Rinkmini isə söyləyir: "O, başımızın tacı, ailəmizin böyüyüdür. Ərim kəndin ən gözəl insanıdır".
Ailənin sonbeşiyi isə 5 yaşlı Enqidir.
 




 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri