Şərab: İçsək günahdır, içməsək?....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 984
Səs ver:
(səs: 0)
 
Mütəxəssislər şərabın faydalı tərəflərini açıqlayıb.
"cnnturk.com”-a istinadən verdiyi məlumata görə, mütəxəssislər gündə sadəcə bir qədəh şərab içməyin insan sağlamlığına faydalı olduğunu bildirib. 
İngiltərə alimləri şərabın onurğa sümüyünə faydalı olduğunu müəyyənləşdirib. Min nəfər arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər üç qadından və hər 12 kişidən biri həyatının müəyyən dövründə onurğa sümüyü problemləri ilə qarşılaşır. Şərab içən insanların içməyənlərə nisbətən daha sağlam sümüklərə sahib olduğu qeyd olunur. Çünki şərabın tərkibində bunu stimullaşdıran xeyirli maddələr var.
Qeyd edək ki, araşdırmalarda pivə və digər alkoqollu içkilərin eyni təsirə malik olmadığı aşkarlanıb. Mütəxəssislər steroid dərmanlardan, siqaret və alkoqoldan çox istifadə edən insanlarda sümük problemlərinin daha çox olduğunu bildirib.
Meyvə-tərəvəzin sümüklərə xüsusi xeyiri olmadığını qeyd edən mütəxəssislər kartof, lobya, közdə bişirilmiş balıq və ətin sümüklərə mənfi təsir göstərdiyini vurğulayıb.
Araşdırmada normal həddə istifadə edildiyi təqdirdə, şərabın sümüklərə müsbət təsir etdiyi bildirilib.
 


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri