Sevgilinizin ailəsi ilə tanışlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 356
Səs ver:
(səs: 0)
 

 
Vacib məsələlərdən biri budur!
Ən əsas məsələ sakit olmaqdır və bu mövzudakı təcrübələrdən istifadə edərək nələr edildiyinə bir baxaq.
Əvvəlcə ən əhəmiyyətli olan bayaq da qeyd etdiyimiz kimi sakit və özünə inamlı olmaqdır. Nəticə etibarı ilə siz onsuz da sevgiliniz tərəfindən sevilmiş, bəyənilmiş və qəbul edilmiş vəziyyətdəsiniz. Amma tanış olma mərasimindən əvvəl etməniz lazım olan bəzi şeyləri də yox saymaq olmaz.
Sevgilinizin ailəsini ümumiyyətlə, sevgilinizdən dinləyib öyrənin. Ailəvi şəkilləri, dünyagörüşləri və ənənələri ilə əlaqədar məlumat alın. Sevgilinizin anasının gözünə girməyini bacarsanız gerisi asandır. Ata və qardaşlar ümumiyyətlə gəlin namizədlərinə qarşı şəfqətli və sakit olurlar.
Mümkünsə əvvəlcədən telefonla danışmaq yaxşıdır. Ümumi reaksiyalarını və davranış tərzlərini öyrənmiş olarsınız. Tanış olma gününə qədər mümkün olduqca məlumat almaq, o gün yaşana biləcəklər üçün əhəmiyyətlidir.
Tanış olma məkanı da vacibdir və zaman baxımından, çöldə olmaq ən yaxşısıdır. Amma evdə olacasınızsa ən yaxşı hədiyyə ümumiyyətlə bir dəstə çiçəkdir. Ortalama bir geyim tərzini seçməniz ilk reaksiya üçün uyğun olacaq. Gülər üzlü və sakit davranışlarınız onlara güvən duyğusu verə bilər.
Əslində ən yaxşısı özünüz olmaqdır. Amma çox vaxt bunu bacara bilmərik və özümüz olsaq da daha çox səhv edərik. Buna görə hərəkətlərimizdə diqqətli olmaqda fayda vardır.Ancaq sünilik etmək lazım deyil!

Bəs siz əziz istifadəçilər sevgilinizin ailəsi ilə necə tanış olmusunuz? Həmin gün yaşadıqlarınızı bölüşün
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri