Limon istəyi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 090
Səs ver:
(səs: 0)



Vaxtı ilə hamilə bir qadın qonşusuna qonaq olur. Oturduqları otaqda budaqları limonlarla dolu olan limon ağacı görür. Ürəyi limon istəyər, lakin utandığından qonşusuna bunu söyləməz.
Bir ara qonşusu mətbəxə gedər,bu zaman qadın yaxasında olan iynəni çıxarıb limona batırar və həmin yerdən suyunu çəkərək bu arzusuna çatar.
Nəhayət bir oğlan övladı dünyaya gələr: çöldə çox oynama, daha doğrusu yaramazlıq etmə çağında bayıra çıxar. O zaman bəzi insanlar qabla su daşıyardılar. Bu uşaqda əlinə bir qab alır və su daşıyanlara qoşular. Arxadan su qablarını deşər və axan suyu içməyə başlar. Bu vəziyyət bir neçə gün davam edər və sonda uşağın atasına şikayət edər və bunun daim olduğunu deyərlər .Atası düşünər. Uşağın niyə belə etdiyini heç cürə anlamaz. Vəziyyəti xanımına danışar. Niyə belə olması haqqda fikir soruşar. O da vaxtı ilə başından keçəni danışar.
Bu vaxt kişi xanımına:
- Bu dəqiqə qonşuya get və hərəkətini danış, sonra da halallıq istə.Əgər belə etsən düşünürəm oğlumuz qəribə hərəkətlərindən əl çəkər.
Qadın yoldaşının dediyini edər, qonşusundan üzr istəyib halallıq dilər. Qonşu da niyə o zaman demirdinki, deyil bir limonu ağacda olan bütün limonları verərdim deyərək, düşünmədən haqqını halal edər. O zaman Allahın izni ilə onların uşaqları bu qəribə hərəkətdən əl çəkər

Bu qısa hekayədən ibrət, gəlin nəfsimizə hakim olaq, bu dünyadan isə üzərimizdə kiminsə haqqı ilə getməyək... Əmin olun ki bundan ağır yük yoxdur..
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri