Qadın, kişi, məhəbbət və tənhalıq – FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 073
Səs ver:
(səs: 0)
"Axı bu nə qədər davam edəcək, nəyə görə əks cinslə münasibətlər uzun müddətli olmur?”
Əgər sizi də belə suallar narahat edirsə və artıq səbr kasanız dolubsa, o zaman problemi həll etmək lazımdır. Bu məsələnin həllində sizə kömək etməyə cəhd edəcəyik. Problemlərin yaranmasındakı əsas 5 səbəbi nəzərinizə çatdırırıq və nəhayət ki, bunun sayəsində siz subaylıq möhürünü üzərinizdən götürə bilərsiz.
 
1. Əgər siz artıq ruhdan düşmüsünüzsə və sevgiyə layiq olmadığınızı düşünürsünüzsə, o zaman sevgi heç vaxt gəlib qapınızı döyməyəcək. Bir neçə dəfə uğursuz məhəbbət yaşayan qadınlar adətən ruhdan düşüb, özlərinə qapanırlar. Mövhumatçı qadınlar isə bunu üzərlərindəki bəd-nəzərlə, sadəcə talelərinin belə olmasıyla izah edirlər.
Amma bir şeyi bilmək vacibdir ki, həqiqətən də belə düşüncələrlə siz özünüzə daha çox ziyan vermiş olursuz, çünki bu cür ruh düşkünlüyü hərəkətlərinizdə hiss edildiyi zaman ətrafınızdakılar sizi qeyri-adekvat insan kimi qəbul etməyə başlayırlar. Özünüzə inanın və hər addımda sevgini gözləməyin.
 
2. Bütün kişiləri onların keçmiş münasibətlərinə görə qınamayın. Onlar qadınlar qədər zərif olmasalar da, sizin təsəvvür etdiyinizdən də çox individualdırlar. Məlum olmayan səbəblərə görə qadınlar həmişə "pis kişiləri” daha çox sevirlər. Qadınlar fədakar obrazını seçirlər, həmişə ONUN zəngini gözləməli və ya ONUN növbəti gecə klubundan qayıtmasını gözləməli olurlar.
Kifayətdir! Sizə hər şeydən öncə ailə dəyərlərinə qiymət verən birisi lazımdır. Bunu münasibətlərin başlanğıcında da görmək olar.
 
3. Sevdiyiniz şəxsi özünüzə bağlamağa belə çalışmayın. Bəzən qadınlar düşünürlər ki, sevdiyi kişinin evlənmə təklifini qəbul etdikdən sonra, kişi artıq onun mülkiyyətinə çevrilir. O artıq ancaq öz xanımının kaprizlərini yerinə yetirməli, yaxınları ilə, dost-tanışları ilə yalnız xanımının nəzarəti altında görüşməlidir. Məhz belə sahibkarlar da sonda adətən tənha qalırlar. Burda söhbət məhz kişilərdən getmir, təbii ki, onlar da arada bir dostaları ilə ova, balıq tutmağa getmək istəyirlər.
Yaxşısı budur ki, qadın da boş vaxtlarında sevdiyi işlərlə məşğul olsun, bu da öz növbəsində əks cinsdə qadına qarşı daha çox maraq oyadacaq.

4. Xəyanət – bu da son. Xəyanətin fiziki və ya mənəvi olduğu elə də böyük əhəmiyyət kəsb etmir, Siz artıq sevdiyiniz insana xəyanət etmisiz və öz vaxtınızı, hisslərinizi digər birinə sərf edirsiniz. Təbii ki, bu haqda sevgiliniz və ya həyat yoldaşınız bilərsə, o zaman o, artıq sizə bir daha inanmayacaq.
Həm fiziki, həm də mənəvi cəhətdən təmiz olun.
 
5. Hər zaman sonuncu sözü deməyə çalışmayın. Əgər siz haqlı olsanız belə, onun qərar qəbul etməsinə və ya öz fikrində qalmasına mane olmayın, yoxsa hər ikiniz uduzacaqsız. Qadınlar konfliktlərin aradan qaldırılmasında daha mahirdirlər, bu da öz növbəsində kişinin özünü daha da ağıllı hesab etməsinə gətirib çıxarır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri