GOZ MUNCUGU HAQQINDA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 28 061
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1319613248-656.jpg

Gözmuncuğu İslamdan əvvəl də var idi. Cahiliyyə dövründə uşaqların çiyninə, yaxasına çoxlu gözmuncuğu asılırdı və elə düşünürdülər ki, həmin muncuqlar uşağı xata-baladan qoruyur. Halbuki gözmuncuğu adlanan rəngli daşlar, şüşələr adi maddədən başqa bir şey deyil. Həmin maddələr isə nə bir ziyanın qarşısını almaq, nə də bir xeyir gətirmək xassəsinə malikdir. Onlar cansız əşyalardır və onlardan yardım istəmək dinimizə görə şirkdir. Bu niyyətlə uşaqlara gözmuncuğu asmaq bidət sayılır. Bidət dinimizə sonradan əlavə edilmiş işlərə deyilir. Bəzi bidətlər bəyənilsə də, bir çoxu, o cümlədən uşaqların üst-başına gözmuncuğu asmaq xoş olmayan iş kimi qəbul edilməkdədir.

Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Ancaq təəssüf ki, bu iddianın heç bir elmi əsası yoxdur və sadəcə olaraq, bir iddia kimi qalır.

Bəzən insanlar gözmuncuqlarını hər hansı bir yardım ummadan uşaqlarının üstünə asırlar. Yəni yardımı, mərhəməti Allahdan umduqları halda, uşaqlarının üstünə muncuq asmaqda davam edirlər. Bu halda uşaqlara gözmuncuğunu asmaq şirk sayılmır, ancaq məkruh, yəni xoşa gəlməyən bir iş kimi qəbul edilir...

Bir çox İslam alimləri bu mövzuda bir fikir üzərində həmrəydirlər. Onlara görə muncuq əvəzinə, oğlan uşaqlarına gümüşdən, qız uşaqlarına isə qızıldan "Maşallah" yazılmış kiçik lövhə asmaq daha faydalıdır. Çünki "Maşallah" (Allah istəsə, bundan daha gözəlini, daha yaxşısını yaradar) sözü ilə Allahın sonsuz qüdrətini təsdiq etmiş olursunuz. Eyni zamanda həmin uşaqda göz dəyəcək fövqəladə bir şeyin olmadığını da xatırladırsınız. Üstəlik, uşaqlarda İslami təfəkkürün formalaşmasında da bu sözün müsbət rolu var.

  Siz necə gözmuncuğuna inanıb, ondan yararlanırsınızmı??
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 28 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri