New York

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 618
Səs ver:
(səs: 0)
Bölgələr
New York

New York Şəhəri (İngilis dilindən rəsmi adı: New York City),

Amerika Birləşmiş Ştatlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı `New York` Əyalətində yerləşir. Artıq 1 əsrdən çoxdur dünyanın ən əhəmiyyətli ticarət və maliyyə mərkəzlərindən biridir.
Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir.
Birləşmiş Millətlər Təşkilatının Baş Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz vəziyyətindədir. Kasıb səmtlərində isə çox sayda işsiz və evsiz əhali yaşayır.
   
Şəhər beş hissəyə ayrılmışdır;
Manhattan,
Brooklyn (Kings Country),
Queens (Queens Country),
Bronx və Staten Island (Richmond).
830 km² `lik bir sahədə yaşayan 8,2 milyon əhalisiylə New York,

New York

Amerikada əhali sıxlığı baxımından ən böyük olan şəhərdir.

Ətraf və şəhərətrafılarıyla birlikdə New York metropoludan bölgəsi 21 milyonluq əhaliyə malikdir və dünyanın `ən sıxlıq məskunlaşma bölgələrindən` birini meydana gətirir.

New York

New York, bir immiqrant şəhəridir. Şəhərdə təxminən 170 ayrı dil danışılmaqdadır və hər üç adamdan biri ABŞ xaricindən bir ölkədə doğulandır. İngilis dilini müxtəlif aksentlərlə danışılar. İngilis dilindən sonra, İspan dili də İngilis dili qədər sıx danışılmaqdadır. `Little Italy` (Kiçik İtaliya) səmtində İtalyanca, `China Town`da (Çin məhəlləsi) Çin dilində danışılar.

New York

Bir çox Amerikan mədəni hərəkətinin də doğum yeri olan New York şəhəri, ədəbiyyat və vizual sənətlərdə Harlem İntibahı, şəkildə mücərrəd
ekspresyonizm (New York Məktəbi), musiqidə hip hop, punk, salsa və Tin Pan Alley kimi bir çox hərəkətə ev sahibliyi etməkdədir. 24 saat açıq olan metrosu və sıx tıxaclarıyla `Heç Yatmayan Şəhər` adını almışdır.
`Azadlıq heykəli`, `Empire State` Binası, `Central Park` və `Times` Meydanı, müasir Sənət muzeyi, Guggenheim muzeyi və Müasir Tarix muzeyləri şəhərin maraqlı məkanlarındandır.
New York
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri