Qızlar hansı hallarda 17 yaşında nikaha girə bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 17 464
Səs ver:
(səs: 5)

http://imgs.su/tmp/1319619933-656.jpg

 

“Nikah yaşının artırılması kimi vacib məsələ xeyli yubanıb. Nəhayət prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə bu dəyişikliyi etməyə, sənədi müzakirəyə çıxarmağa nail olduq”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda əvvəllər qadınlar üçün nikah yaşı 17, istisna hallarda isə 16 olub. Dəyişiklikdən sonra isə 18 olacaq: “İki istisna halda qadınlara 17 yaşında nikaha girməyə icazə veriləcək. İstisna hal qadının hamiləliyi və valideynlərdən birinin ölüm ayağında olmasıdır”.

H. Rəcəbli rəsmi statistikaya müraciət edərək deyib ki, ötən il Azərbaycanda 86 min gənc rəsmi nikaha daxil olub, onlardan 5 mininin yaşı 18-dən azdır.

Onun sözlərinə görə, ötən il ölkədə doğulmuş 155 min uşaqdan 29 mini qeyri-rəsmi nikahdan dünyaya gəlib.


(səs: 5)
Şərhlər: 1
Baxılıb: 17 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri