Kainatın daha bir sirri çözülür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 427
Səs ver:
(səs: 1)



Alimlərin Günəş sistemindən 175 işıq ili uzaqlıqda kəşf etdikləri disk şəklindəki qalaktika dünyada həyatın əsasını qoyan suyun necə yarandığı barədə yeni nəzəriyyəyə təkan verib.

"Science"a istinadən bildirir ki, alimlər Yer kürəsi təki okeanların dalğalandığı planetlərin bu xüsusiyyətlərini çox uzaqlardan gələn buzlaq quyruqlu meteoritlər və asteroidlərə "borclu" olduqlarını deyirlər.

Buna görə də indi quraqlıq və ya qayalıq olan planetlərin nə nə zamansa yaşayış üçün yararlı vəziyyətə düşəcəkləri gözlənilir.
Fəqət planetlərdə okeanların əmələ gəlməsi üçün onların neçə dəfə buzlaq quyruqlu meteorit və ya kometa "bombardman"larına məruz qalmaları gərəkdiyi, habelə həmin səma cisimlərinin haradan gəldikləri məlum deyil.

Avropa Birliyinin Aerokosmik agentliyinin "Herschel" orbital teleskopu vasitəsilə kəşf edilmiş yeni qalaktika bəhs etdiyimiz suallara cavab verə bilər.

Alimlərin "TW Hydrae" adlandırdıqları 10 milyon yaşlı ulduzun ətrafında planet halını almaqda olan qaz və tozdan ibarət disk kəşf olunub. Orbital teleskop diskdən su buxarının çıxdığını da qeydə alıb.
Eyni zamanda, həmin diskdə dünyadakı okeanlardakı sudan min dəfələrlə artıq suyun ola biləcəyi vurğulanır.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri