Rənglərin dili nə deyir?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 5 140
Səs ver:
(səs: 2)

Sabitliyi, davamlılığın, saflığın işarəsidir. Ağ geyimlər sizin təmiz olduğunuz imicini verər.
 
Qəhvə rəngi
Həqiqiliyin, plan və sistemin rəngidir. Bu rəng insanı sürətləndirər. Buna görə fast-food satışı edən məkanlarda qəhvə rəngindən  istifadə edilər. Bu rəng torpaq rəngidir. Paltarlarda çox seçilməz, çünki qəhvə rəngi geyən insanlar çox insan içində  diqqət çəkməz. İş görüşmələrinizdə, professional yığıncaqlarda bu rəngdə geyməməyə diqqət edin.
 
Qırmızı
Hərəkətli rəngdir. İnsanlar üçün ən ideal rəngdir. Bu rəng canlılıq və dinamizmle əlaqədardır və eyni zamanda xoşbəxtliyi ifadə edər. Qırmızı rəng, fiziki olaraq canlılığı və romantik ortamda bir işi sonuna qədər aparan əzmi və dayanıqlılığı göstərər. İştah açar. Ona görə dünyadakı qida firmalarının çoxu logosunda qırmızı istifadə edər. Qırmızı təzyiqi yüksəldər, qan axışını sürətləndirər.
 
Mavi
Şübhəsiz mavi ən sakitləşdirici rəngdir. Səmanın, geniş üfüqlərin və dənizin simvoludur. Mavi insanlar üzərində yumşaqlıq, mehribanlıq, təzəlik kimi təsirlər yaradar. Dincliyi təmsil edər və sakitləşdirər. Ərəblər mavinin qan axışını yavaşlatdığına inanar, göz muncuğu bu səbəblə mavidir. Qərbdə intiharları azaltmaq üçün körpü ayaqlarını maviyə rəngləyərlər. Divarları mavi olan məktəblərdə uşaqların daha az dəcəllik etdiyi müəyyən olunmuşdur.
 
Çəhrayı
Uyğunlaşma, sevinc, dişilik və mehribanlığı ifadə edər. Yazı və yeni açmış çiçəklərin qoxusunu xatırladar. Rahat hiss etdirən və istirahət etdirən bir rəngdir. Bu səbəblə bəzi böyük mağazalar müştərilər özlərini rahat hiss etsin deyə, dəzgahlarının formalarında çəhrayı rəngi istifadə edər.
 
Sarı
İnsanı cəzb edən xüsusiyyətə malik olan bir rəngdir və insanları daha şən olmağa təşviq edər. Zəka, incəlik və praktikliklə əlaqədardır. İctimai həyatı və birlikdə işi əks etdirən bir mənası vardır. Gəncliyin və diqqət çəkiciliyin simvoludur. Diqqət çəkiciliyindəndir ki,  dünyada taksilər sarıdır. Sarı ayrıca hüzn və həsrətin rəngidir. Payızın bütün gözəlliyində onun hər tonunu izləmək mümkündür.
 
Yaşıl
Təbiətin və baharın rəngidir, insanlar üzərindəki təsiri müzakirə edilməz. Güvən və dinclik verər. Yaradıcılığı odlandırar, bu xüsusiyyəti səbəbi ilə böyük restoran və mətbəxlərdə istifadə edilər. Yaşıl sahələrdə insanların daha az mədə narahatlığı çəkdiyi müəyyən olunmuşdur. Ayrıca dincliyi və məhsuldarlığı təmsil edər. Güvən verən bir rəngdir. Yaşıl təbiətə hakim olduğu üçün rahatlaşdırıcı və sakitləşdirici təsiri də böyükdür. Yaşıl rəngin ağırlıqlı istifadə edildiyi yerlərdə məhsuldarlıq artar. Yaşıl, tərəzi bürcünün rəngidir.
 
Qara
Ciddilik rəmzidir. Gücü və ehtirası təmsil edər. Ehtirasın bir ifadəsidir. Qərbdə matəmi təmsil edərkən, Yaponiyada xoşbəxtliyin simvoludur. Fondda istifadə edildiyində pessimizmi xatırladar. İşığı yox edər. Konsentrasiya təmin edən bir rəngdir. Eynşteynin konsentrə ola bilmək üçün pərdələri qara, gün işığı olmayan bir otağa girib bu formada  işlədiyi deyilər. Balıq bürcünün rəngidir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri