Dost seçmək və onun qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 129
Səs ver:
(səs: 1)

Niyə qadın dostluğu az ömürlüdür?

Nə qədər ki,insan sağdır,onun dosta ehtiyacı var.Qardaşı olmayan adam dostu olmayandan yaxşıdır.Bir alimdən soruşurlar : Dost yaxşıdır,yoxsa qardaş? Deyir: Qardaş da dost olsa yaxşıdır.

Dostlar haqqında fikirləşirsənsə,onlara bəxşiş,hədiyyə göndər,mərdlik göstər,çünki dost hayına qalmayan dostları da hayına qalmaz.Belə adamlar həmişə dostsuz qalar.Deyirlər ki,guya dost adamı qohumdan uzaqlaşdırar.İnanma.

Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər,ləyaqətləri meydana çıxar.Lakin təzə dost tapdıqda köhnəsinə arxa çevirmə.Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın,beləliklə,dostların sayı çoxalsın.Deyiblər ki : Yaxşı dost böyük xəzinədir. Bİr də,səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş,onlara yaxşılıq et,qayğı göstər,xeyir-şərdə onlara kömək et.Səndə mərdlik gördükdə dönüb sadiq dostun olarlar.

İskəndərdən soruşurlar :  Az müddətdə bu qədər böyük bir dövləti hansı xüsusiyyətinlə ələ gətirdin?Deyir : Düşmənlərə lütf etmək,dostlara kəramət göstərməklə.

Bir də,dostlarının dostları haqqında fikirləş,onlar da dostlar cərgəsində hesab edilərlər.Lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol,ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.
Dostunla düşmənlik edənlərdən də özünü qoru.Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.

Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Ammaheç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki,sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən.Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Danlanmaq istəmirsənsə,dostların və adamların haqqını tapdalama.Deyiblər ki,iki cür adam məzəmmət edilməyə layiqdir : biri dostların haqqını tapdayanlar,ikincisi,yaxşı işə qiymət verməyənlər.İnsanların dostluğa yarayıb-yaramadığını iki şeylə müəyyən etmək olar : birincisi odur ki,dostu dara düşə,o,imkan daxilində heç bir şeyi dostundan əsirgəməyə və ağır gündə ondan üz döndərməyə,ikincisi, əgər dostu vəfat etsə,onun övladını və qohumlarını yanına çağırıb onlara yaxşılıq edə,hər dəfə dostunun qəbrinin ziyarətinə getdikdə həsrətini bildirə,doğrudu,bu,dostun özü deyil,lakin qəbir ki,onun qəbridir.

Adamlarla orta dost ol,dostlarının çoxluğuna bel bağlama,əsl dost özünü hesab et,dalına və qabağına diqqətlə bax,dostlarının etibarlılığına ümid edib arxayınlaşma,min dostun olsa belə,heç kəs sənə özündən artıq dost ola bilməz.Dostu xoş və bəd gündə də yoxla,xoş gündə hörmətinə,bəd gündə isə köməyinə görə.Düşmənini düşmən hesab etməyəni dost bilmə,elə adam tanış adlanar,dost sayılmaz.

Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et.O adamı dost hesab et ki,onun da səni dost hesab etdiyinə əminsən..
Dostu dostluq xatirinə elə şey öyrətmə ki,bir vaxt düşmən olsa,onun vasitəsilə sənə ziyan yetirə bilsin.Sonrakı peşmançılıq fayda verməz.
Hər zaman dostluqda möhkəm ol,onda sənin də işlərin möhkəm olar.Axmaq bir şey üstə dost səndən üz döndərirsə,onu geri qaytarmağa çalışma.deməli ləyaqəti yoxdur.

Tamahkar dostdan qaç,onun dostluğu tamah üzübdən olar,həqiqi dostluq olmaz.Kinli adamlarla dostluq etmə,kinli adam dostluğa layiq deyil,ürəyi həmişə kinlə dolu olan adamın qəlbinə dostluq daxil ola bilərmi?!

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri