Hikmətli sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 27 334
Səs ver:
(səs: 2)
1. Ya ümidsizsiniz, ya ümid sizsiniz. Ya çarəsizsiniz, ya çarə sizsiniz.

2. Təmiz əlləri olan insanların da kirli düşüncələri olur. S. Lec

3. Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır. Nietzsche.

4. Fürsətlər depo oluna bilməz. Yusif Mutlutürk.

5. Əlinə, dilinə, belinə sahib ol. Hz. Əli.

6. Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Onları hamı görür. Cuconq.

7. Boş zaman yoxdur, boşa keçən zaman var. Taqor.

8. Keçmişimizə daş atmayaq ki,gələcəyimiz bizi topa tutmasın.

9. İnsan, danış, görüm kimsən. Sokrat. 10. Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.

11. Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.

12. Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin. Çin atalar sözü.

13. Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən. Tibet atalar sözü.

14. Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar. Venesuela atalar sözü.

15. Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözü

16. Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin. Ərəb atalar sözü.

17. İnsanlar danışanda beyinlərində analiz etməlidirlər, mən nə danışacam və insanlar bunu necə başa düşəcəklər.

18. Hamı səhv edirsə, deməli hamı düzdür. La Çausse

19. Bəzən gözlər sadəcə başqalarının istədiyini görür.

20. İnsanlar gözləri ilə elə kəlmələr deyir ki, dil onları tələffüz edə bilməz.

21. Hər bir güclü kişinin arxasında ağıllı qadın durur.

22. İnsanın soyuq hesab etdiyi qadın sadəcə onda məhəbbət oyadan insana rast gəlməyib.

23. Qızılı odla, qadını qızılla, kişini qadınla yoxlayarlar.

24. İnsanın bədbəxtliyi 3 şeydədir: Yanlış yer, yanlı zaman, yanlış insan.

25. Sevgi üçün ortaq bir vəziyyət yoxdur: o ya xilas edir, ya da məhv edir.

26. Dil sümükdən olmasa da çox sümükləri sındırar.

27. Ağzından bal axan hər bir arının unutma ki, quyruğunda iynəsi vardır.

28. Axmaq qabaqda durur ki, hamı onu görsün, ağıllı arxada durur ki, o hamını görsün.

29. Ömür stansiyasız bir qatardır, nə vaxt dayanacağını heç kəs bilmir.

30. Ən pis atalar kimlərdir,bilirsiniz? Gəncliyində etdiyini unudanlar.

31. Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma. Hz. Məhəmməd.

32. Ağılsız o adam deyil ki, bir dəfə yıxılır. Ağılsız o adamdır ki, yıxıldığı yerdə ikinci dəfə yıxılır.

33. Divarı uçurmazdan əvvəl o tayında səni nə gözlədiyini öyrən.

34.
Sənin arxanca gülsələr, üzülmə...Təki, arxanca ağlamasınlar.

35. Dünya bir gündür,o gün bu gündür.

36.
Dəvəni Allaha tapşırmazdan əvvəl, onun ipini hansısa güvəndiyin yerə bağla!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 27 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri