Aylar və onların mənası

Müəllif: Zeynuş
Şərhlər: 12
Baxılıb: 9 755
Səs ver:
(səs: 8)
Yanvar - ayı Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Janus-un adından götürülmüşdü. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi diqqətə təqdim olunmuşdu. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.

Fevral - ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın yaxınlığında yerləşən ərazidir, tarixi və landşaftına, xalqın adət ənənələrinə əsaslanan insan məskəni olub. Romada fevral ayının 15-də qeyd olunan festival hətta "februa” adlandırılıb.

Mart - ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və "Mars” ayı kimi qeydə alınıb.

Aprel - ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.

May - ayı fransız sözü olan "Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. "Maia” sözü "böyük biri” deməkdi.

İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.

İyul - ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.

Avqust - ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.

Sentyabr - ayı Latın dilində "yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.

Oktyabr – ayı köhnə Roma təqviminə əsasən "səkkizinci” deməkdir, bu şimal yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.

Noyabr – ayı Latın sözü "doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.

Dekabr
– ayı Latın sözü "on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.

Qeyd: Məlumat xarici dildə olan mənbələrdən götürülmüş tarixi qeydlərə əsaslanır
(səs: 8)
Şərhlər: 12
Baxılıb: 9 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri