Maykl Cekson haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 430
Səs ver:
(səs: 1)
Maykl Cozef Cekson (Michael Joseph Jackson, 29 avqust 1958, Qari, İndiana — 25 iyun 2009, Los-Anceles, Kaliforniya) — amerikalı pop müğənisi, rəqqas, mahnılar müəllifi, filantrop. Pop Kralı (ing. King Of Pop) kimi bilinirdi. 13 Qremmi və s. mükafatların sahibi. 13 dəfə Ginnesin rekordlar Kitabına yazdırılıb; dünyada satılımış albomların kapyalarının sayı 750 milliondan çoxdur. Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınmış, sonradan solo artisti kimi şöhrət qazanmışdır. 1958-ci il 29 avqustda İndiana ştatının Qari şəhərində anadan olmuşdur. Onun müvəffəqiyyətli karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 il pop mədəniyyətinin bir hissəsi olmuşdur. Doqquz uşaqlı ailənin yeddinci üzvü olaraq dünyaya gələn sənətçinin tam adı, Maykl Cozef Ceksondur. Müğənninin fabrik işçisi olan atası, Cozef Cekson, musiqiyə ehtiras dərəcəsində bağlı idi və boş zamanlarında gitara çalərdı. Həyat yoldaşı Katherine (Scruse) ilə evlənib çox uşaqlı bir ailə halına gəldikdən sonra, musiqi maraqını uşaqlarına da aşıladı 60-ci illərdən etibarən böyük qardaşları, Jackie, Tito və Jermaine, ataları tərəfindən təşkil edilən "The Jackson Brothers" adında bir qrup quraraq, klublarda mahnı oxumağa və yarışmalara qatılmağa başladılar. Ceksonun sahib olduğu səs və rəqs qabiliyyəti, qısa zamanda fərq edildi. Hələ yaşı kiçik olmasına baxmayaraq, xüsusilə solo mahnılardakı performansı səbəbiylə, 1964-cü ildə, digər qardaşı Marlonla birlikdə qrupa daxil edildi. Artıq beş üzvdən ibarət olan qardaşlar, qrupun adını "The Jackson 5" olaraq dəyişdirdi. 1968-ci ildə qədər keçən müddətdə, həvəskar işlərinə gecə klublarında və barlarda davam edən qrup, Harlem-New Yorkda olan Apollo Teatrında təşkil edilən bir yarışmada birinci oldular, dövrün ən məşhur R&B val şirkəti Motownun qurucusu Berry Gordyun diqqətini çəkdi. 1968-ci ildə Motownla imzaladıqları müqavilədən sonra Kaliforniyaya daşınan qrupun ulduzu sürətlə parlamağa başladı. O-Jays qrupu və Ceyms Brown kimi soul musiqinin öndərlərinin izindən gedən (The Jackson 5) 1970-ci illərin başında zənci pop və soul vokal qruplarının dünya səviyyəsində bir nömrəli nümayəndəsi halına gəlmişdi. Maykl Cekson isə, bu yeni musiqi tərzini öz içərisində, rəqsiylə birlikdə möhtəşəmləşdirərək, xüsusi bir tərzə çevirəcəkdir . Qrupun bu sürətli yüksəlişindən sonra, güclü səsiylə, fərqli rəqsiylə olduqca seçilən və önə çıxan Maykl Cekson, 1971-1976-cı illər arasında hələ də (The Jackson 5) ilə əlaqədar olaraq, yenə Motowndan, "Got To Be There", "Ben", "Music and Me" və "Forever Michael" adlı ilk solo albomlarını çıxardı. Artıq Cekson üçün zirvəyə catmağın yolu açılmışdı. "Walt Disney Pictures" tərəfindən, 1971-ci ildə cizgi filmi çəkildi və yayımlandı. Şöhrətini bütün dünyaya eşitdirən Cekson qardaşları, beynəlxalq konsertlər ardıcıllığına 1972-ci ildə İngiltərədən başladılar və getdikləri hər yerdə konsertlər fantastik izdihamla kecdi.. 1973-cü ildən etibarən qrupun satış rəqəmlərinin düşmə meyli göstərməsiylə birlikdə, Motown idarəsi ələ alaraq, bundan belə şirkət tərəfindən seçiləcək mahnıların səsləndirilməsi mövzusunda Ceksonlara təzyiq etməyə başladı. Çətin günlər günlər keçirən qrup, 1976-ci ildə şirkətdən ayrılma qərarı alaraq, Epic Recordsla müqavilə imzaladı. Bu inkişafdan sonra Motown, Ceksonlar əleyhinə, müqaviləni pozmaq tezisiylə iddia açdı. Eyni il, qrupun məlumatı olmadan "The Jackson 5 Anthology" adıyla qarışıq bir albom hazırlandı və kütləvi satışa cıxarıldı. Bu inkişaf iplərin yaxşıca gərilməsinə səbəb oldu. Şirkətin sahibi Berry Gordyun qızıyla evli olan Jermen Cekson, tərəflər arasındakı bu ixtilafdan ötəri, qrupdan ayrılaraq Motownda qaldı. Ad haqqını itirən Cekson qardaşları isə, Jermainenin yerinə ən kiçik qardaşları Randyı qrupa daxil edərək, The Jacksons olaraq adını dəyişdirdi. Yenilənən qrup üçün artıq yeni bir dövr başlayır; Maykl isə zirvəyə doğru addımlayırdı. The Jacksons qısa zamanda öz şöhrətini geri qaytara bildi və 1976 – 1984 illəri arasında, öz parçalarından meydana gətirdikləri albomlar və singelar ilə yüksəlməyə davam etdi. Yeni şirkətlərindən altı yeni albom çıxaran qrupun, 1978-ci ildəki Destiny çalışması az qala şoka səbəb oldu və Cekson qardaşlarının ən müvəffəqiyyətli albomlarından sayılırdı. Bu albomun Maykl üçün də ayrı bir əhəmiyyəti oldu. Çünki öz bəstələdiyi mahnılar, dünya səviyyəsində böyük bəyənmə yığdı və qrupun klassikləri arasına girməyi bacardı. Beləcə Mayklın musiqi bəstələmək kimi başqa bir qabiliyyəti daha ortaya çıxmış oldu. Bu albom iki milyondan çox tirajla satilaraq, qrupun və xüsusilə də Mayklı daha da məşhurlaşdırdı. 2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat etmişdir. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri