Titanik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 896
Səs ver:
(səs: 1)
Titanik (ing. RMS Titanic) — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1 514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdir. Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbədən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyyəti, müasir teknika və güclü buxar mühərikkləri ilə təmin olunmuş gəminin batmasını hec kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4.000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediyasını yenidən hadisə ətrafında cəmlədi. Olimpik ilə müqayisəsi Titanik əkiz qardaşı olan Olimpikə çox bənzəyirdi. Aralarında olan əsas fərq sərnişin kabinalarının Titanikdə sayca daha çox və böyük olması idi. Titanikin A göyərtəsi Olimpikə nisbətən daha böyük və komfortlu hazırlanmışdı. Olimpikdən fərqli olaraq Titanikdə göyərtənin yarısı açıq havada yerləşirdi. Olimpikdə Titanikdə varlı sərnişinlər üçün nəzərdə tutlmuş Café Parisien kimi kübar cəmiyyət üzvülərinin toplandığı yerlər nəzərdə tutulmamışdır. Britanikdə belə bir kafe yalnız 1913-cü ildə yaradılmışdır. Olimpikdə olan bəzi qüsurlar isə Titanikdə aradan qaldırılmışdır. Titanikdə A göyərtəsində olan elektirik lampaları dairə şəklində idi. Olimpikdə isə bu lampalar oval formasında hazırlanmışdır. Oval lampalar tez qızdığı üçün tezdə partlayırdı. Bu texniki səhv Titanikdə aradan qaldırılmışdır. Titanikin kapitan kabini Olimpikə nisbətən daha geniş idi. Bu və digər dəyişikliklərlə birlikdə Titanik, Olimpikdən daha geniş, daha komfortlu və daha muasir hesab olunurdu. Titanikin ağırlığıda əkiz qardaşından 1.004 qross ton daha ağır olmasının səbəblərindən biridə Titanikə xeyli sayda əlavələrin edilməsi olmuşdur. 1912-ci ildə Titanik suya salınan zaman dövrünün ən böyük gəmisi hesab olunurdu. İlk səfər - Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsi ilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər. Titanik hərəkətə başlayandan bir neçə saat sonra, hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parcalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəmilərin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanikə göndərilməmişdir. Buz parcaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəsilində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə saat 21:30 da Mesaba adlı gəmi Titanikin hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanikdə bir neçə yüz kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parcalarının olması barəsində Titanikə bir neçə dəfə siqnal göndərdi. Markoni radio otağında olan Cek Fillips və Harold Brayd siqnalı qəbul etsələlərdə məlum olmayan səbəbdən bu barədə kapitan kabininə məlum verməmişdilər. Xəbərdarlıqların alınmasına baxmayaraq, kapitan kabini hərəkət istiqamətini dəyişməyə hec bir ehtiyac görmürdü. Titanik gəmisində müşahidəçi adlanan üç qrup fəaliyyət göstərirdi. Hər bir qrup iki matrosdan təşkil olunmuşdu. Qruplar iki saatdan bir yerlərini dəyişdirirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblər görmə məsafəni kəskin şəkildə azaltmışdır. Ayın görünməməsi, küləkin əsməməsi və havanın dumanlı olması aysberqin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Gəminin batmasından sonra təşkil olunmuş məhkəmədə şəxsi heyyətin üzvülərindən biri bu barədə belə demişdir: Həmin gecə, sanki hər şey bizim əlehimizə idi.  23:40 - Toqquşma Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təziqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu. Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur. Gecə yarısından əvvəl üçüncü sinif sərnişinlərin kabinləri suyla dolmağa başladı. Toqquşmadan 25 dəqiqə sonra saat 01:05 də Kapitan Edvard Smit sərnişinlərə xilas edici jiletlərin paylanmasını və qayıqların üzərində olan örtüklərin açılmasını əmr etdi. Saat 01:10 da Edvard Smit qayıqların yerlərindən çıxardılmasını, saat 01:25 də isə qadın və uşaqların qayıqlara mindirilməsinə göstəriş verdi. Saat 01:50 də dördüncü zabit Yozef Boksel ilk kömək fişəngini yandırdı. Fişəng ağ rəngində işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verdilər. Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Bunun səbəb kimi Titanikin batmasını hec kimin ehtimal etməməsi və bu fişənglərində gəmini hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olundu. Təhlükə rəngi olmayan ağ rəngdən fişəng atılmasını tam olaraq anlamayan digər gəmilər bununun əyləncə məqsədi ilə olduğunu düşündülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdur. Titanikin batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parcalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkmək olmaması idi.
Titanikdə olan 2.224 nəfərdən (sərnişinlər və şəxsi heyyət daxil olmaqla) sadəcə 705 nəfəri xilas oldu. Digər 1.514 nəfər isə həlak olmuşdur.
İnsanların çoxu -2 °C dərəcə suda hipotermiya səbəbindən həlak olmuşdular. Suya düşmüş sərnişinlərin suda yaşamaq müddətləri cəmi 15 dəqiqə olmuşdur.

 

 

 

 

 

 

 
 
[media=http://www.youtube.com/watch?v=zmbw8OycJrE]

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri