Nəyə görə əsnədiyinizi bilirsinizmi?

Müəllif: Zeynuş
Şərhlər: 8
Baxılıb: 4 021
Səs ver:
(səs: 1)
İnsanın beynini tədqiq edən Nyu-yorkdakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib: "İnsan ona görə əsnəyir ki, onun beyni qızır”. "Beyni qızmaq” Azərbaycan dilində bir qədər başqa məna daşıyır. Amma Qəllopun "qızmar beyin” məhfumu sadəcə beyin toxumalarının fiziki hərarətinin dəyişməsini nəzərdə tutur.

Bu haqda xəbər verən Discovery.com saytı beynin fəaliyyətini komputerlərin hard diskinə bənzədir və yazır ki, gərginlik keçirən insan beyninin hərarəti qalxır. Onu sərinləşdirmək üçün isə insan başlayır əsnəməyə-sərin havani kəllə qutusunun ənginliyinə sovurmağa. Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur. Ona görə də yuxusuzluqdan sonra insanın çənəsi az qalır yerindən çıxsın.

Əsnəmək, gülmək qədər keçicidir. Aparılan araşdırmalar əsnəyən birisini görən insanların 50%nin 5 dəqiqə içərisində eyni hərəkəti təkrarladığını göstərmişdir. Bu haqda nə isə məlumat oxumaq da sizi əsnədə bilər. Bəlkə də çoxdan əsnədiniz belə.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri