Qadınlar niyə evlənmək istəmir? – ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 549
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1320132110-656.jpg

 

Aparılan araşdırmalara görə, müasir qadınların başı karyera qurmağa o qədər qarışıb ki, evlənməyə belə vaxtları yoxdu.

əvvəlki dövrlərdə qadınlar 20 yaşı tamam olmazdan öncə, ya da bu yaşı çox keçməmiş evlənirdilər. Ancaq bugünki qadınların ortalama evlilik yaşı 25-dir. Universitet bitirənlərin evlənmək yaşı 27, magistratura bitirənlərin, doktorluq işi müdafiə edənlərin ortalama evlənmək yaşı isə 30-dur. Bunun səbəbi qadınların naz etmələri və yaxud ağ atlı şahzadə gözləmələri deyil. Bu, tamamilə karyera hədəfli həyat tərzinin nəticəsində ortaya çıxır.

30 yaşına çatmış qadınlar gələcək 10 ili özlərini inkişaf etdirməyə sərf etmək istəyirlər. Qadınlar iş təcrübəsi, təhsil, həyat təcrübəsi qazanmaq istəyirlər, beləliklə də həyatlarının yarısını bu işə sərf edirlər.

Araşdırmalara görə, evlənməzdən öncə qadınların qarşılarına bəzi məqsədlər qoyması, özlərinə vaxt verməsi, onları xoşbəxt edir. Bir neçə il səbr edib, gözləyən qadınlar partnyor seçimində də daha ağıllı olurlar.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri