Həya ailənin bəzəyidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 525
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1320132472-656.jpg

 

Belə bir söz var: «Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir». Doğru sözə nə deyəsən… Əgər axşam yorğun-arğın evinin qapısından içəri ayaq basanda ürəyindən qara bir daş asılırsa, deməli, nə səhər işə tələsmisən, nə də indi evə. Eləcə ayaq sürümüsən, vəssalam…


Ailə hər birimiz üçün kiçik vətən, kiçik cəmiyyətdir. Bu vətən- cəmiyyətdə hər kəsin öz yeri, öz vəzifəsi olmalıdır. Vəzifələr elə bölüşdürülməlidir ki, heç kim heç kimə yük olmasın. Ona görə də hər şey irəlicədən təbii şəkildə tənzimlənməlidir. Əksər ailələrin ilk illəri sevgi atmosferində keçir. Adama elə gəlir ki, bu sevginin, bu məhəbbətin sonu olmayacaq. Ancaq aylar- illər ötdükcə çox şey dəyişir. Iffət, abır-həya, qarşılıqlı hörmət ailənin əsas təməllərindəndir. Yəni ailədə hər kəs öz yerini bilməli, qarşı tərəfdən hörmətini əsirgəməmlidir. Sevgi bəzən ötəri də ola bilər. Ancaq tərəflərin bir-birinə hörmətlə yanaşması, hər birinin öz vəzifəsini qüsursuz yerinə yetirməyə çalışması ailəni təhlükələrdən qoruyar. Sevgi gözəllikdir, ancaq hər şeyi bu müstəvidə həll etmək mümkün deyil. Ona görə də min illərin sınağından çıxmış mənəvi dəyərlərimiz unudulmamalıdır. Dədə-babadan belə deyiblər ki, ən möhkəm, ən qalın pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortada narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə üz çevirib getmək, küsmək o qədər də asan iş deyil. Ona görə də köhnə kişilər ər-arvad münasibətlərində abır-həyanın, qarşılıqlı hörmətin birinci yerdə durmasını tövsiyə ediblər. Çünki yaxın bir adamdan qopmaq, ayrılmaq heç şübhəsiz, çox ağırdır. Və bu ağrı-acını yaşamamaq üçün münasibətləri gərək sevgi şıltaqlığı üzərində yox, qəbul edilmiş əxlaq normaları üzərində qurasan. Bir ərin öz xanımına xoş söz deməsi, könlünü alması təbiidir, ancaq bir ərin öz xanımından və ya bir xanımın öz ərindən utanması, həya etməsi daha gözəldir. Bu münasibətlər şit, bayağı hallardan qorunmalıdır. Kişi arvadı ilə diz-dizə oturub qonşusunun qeybətini qırmamalıdır. Xanımı ilə hər sözü, hər söhbəti danışmamalıdır, münasibətlərini təravətli saxlamalıdır. Bu münasibətlərin təzə-tər qalmasında, heç şübhəsiz, qadının da rolu böyükdür. əgər qadın küçə-bazara çıxmazdan əvvəl özünə saatlarla bəzəkdüzək verirsə, evdə isə ərini rəngi bozarmış, xörək iyi gələn xalatda qarşılayıb yola salırsa, təbii ki, gec-tez kişi öz evindən soyuyur. Sonra da isterik fəryadlar başlayır: «Daha məni bəyənmir», «Evdə-eşikdə tapılmır» və s. Yəni özünə və ailəsinə hörmət edən qadın hər şeyin gözəlini, təravətlisini öz ailəsinə həsr etməlidir. Xülasə, həya, qarşılıqlı ehtiram ailənin xoşbəxtliyi və möhkəmliyi üçün əsasdır. Ailə həyatını həya iqlimində yaşayan ər-arvad yaşları 70-ə çatsa da yeni nişanlanmış kimi bir-birilərini sevər və bir-biriləri üçün darıxarlar. Bizim istədiyimiz də elə bu deyilmi?!

 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri