Yumurta sarisi qadina ana olmaqda komek edib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 827
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320306262-656.jpg

Nottingem şəhərindən olan ingilislər Linn və Endi Blekuellər evləndikdən sonra səkkiz il ərzində dünyaya uşaq gətirmək üçün uğursuz cəhdlər ediblər. Təbii yolla mayalanmanın baş vermədiyi məlum olduqdan sonra onlar EKO proseduru aparan tibb işçilərinə müraciət etsələr də bu, heç bir nəticə verməyib.

Ər-arvad reproduktiv texnologiyalı müxtəlif klinikalarda müayinələrə və müalicəyə 15 min funt sterlinqdən artıq vəsait xərcləyiblər. Lakin həkimlər sonsuzluğun səbəbini izah etməkdə aciz qaldıqlarını bildiriblər. Nəhayət, onlar bu "tapmaca"nın cavabını tapan doktor Corc Ndukvenin qəbuluna düşüblər.

Məlum olub ki, sonsuzluğa səbəb Linnin immun sisteminin işinin pozulmasıdır. İmmun sistemi mayalanmış hüceyrəni yad orqanizm hesab edərək onu məhv edir. İmmunitetin zəifləməsi üçün Linnə yumurta sarısının cövhəri və soya yağı əsasında hazırlanmış xüsusi zərdab vurulub. Bundan sonra o hamilə qalmağa müyəssər olub.

Həkimlər ananın immun sisteminin işi üzərində bütün hamiləlik dövrü ərzində nəzarət aparıblar və nəticədə onların tamamilə sağlam oğlan uşaqları dünyaya gəlib. Xoşbəxt valideynlər onun adını Martin qoyublar.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri