Hazir cavabliliq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 282
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320231045-656.jpg

Sokrat ölümə məhkum edildiyində, yoldaşı:
- Haqsız yerə öldürülürsən, deyə ağlamaya başlayınca, Sokrat:
- Nə yəni, bir də haqlı yerə mi öldürülsəydim?...


Sultan Alparslan 27 min əsgəriylə Bizans torpaqlarında irəliləyərkən, kəşfə göndərdiyi əsgərlərdən biri önünə gəlib təlaşla:
- 300 minlik düşmən ordusu bizə doğru yaxınlaşır, dedi.
Alparslan heç əhəmiyyət verməyərək belə deyər:
- Biz də onlara yaxınlaşırıq

Bir filosofdan soruşmuşlar:
- Şansa inanarsınızmı?
Filosof:
- Bəli, yoxsa sevmədiyim insanların müvəffəqiyyətini necə açıqlayardım

Sultan Səlim, bir çox Osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlayarmış.Bir səfər sırasında, vəzirlərindən biri israrla səfərin ediləcəyi ölkəni soruşduqda Sultan ona:
- Sən sirr saxlamağı bilirsənmi? deyə soruşmuş.Vəzir:
- Bəli hökmdarım, bilirəm! dediyində, Sultan cavabı yerindəcə vermiş
- Mən də bilirəm!


Bir yığıncaqda bir gənc, M.Akifi alçaltmaq üçün:
- Bağışlayın, siz baytarsınızmı? demiş. M.Akif heç halını pozmadan bu cavabı vermiş:
- Bəli, bir yerinizmi ağrıyır?


Bir həkim spirtsiz pivə içə bilərmi? deyə soruşan xəstəsinə, Nəsrəddin müəllimin
bir lətifəsi ilə cavab vermiş:
"Birisi, Nəsrəddin müəllimə:
--Tualetdə bir şey yemək olarmı? deyə soruşduqda, müəllim:
--Olar, demiş.Amma içəridə başqa bir şey yediyini zənn etsələr,nə
deyəcəksən?

İmamı Əzəm həzrətləri, üzərinə doğru gəlməkdə olan bir heyvana yol verərək
kənara çəkildiyində, yanındakılar niyə belə etdiyini soruşmuşlar.
Həzrət, düşünmədən cavab vermiş
- Onun buynuzları var, mənim isə ağılım

Bir Fransız yazıçı, Mehmet Akif-ə:
- Qadınlarınızı evden çıxartmadığınız doğru mu? deyə soruşarkən Akif:
- Əvvəllər elə idi.Sonralar çıxardıq amma indi heç cür içəri sala bilmirik

Qulaqlarının böyüklüyü ilə məşhur Galileyə rəqiblərindən biri:
- Qulaqlarınız bir insan üçün böyük deyilmi?
Galiley cavablandırmış:
-Doğru, mənim qulaqlarım bir insan üçün böyük amma səninkilər bir eşşək üçün çox kiçik sayılmazmı?[/i]


Komediyaçı Eddie Cortar-a,
-Xəstələnincə nə etmək lazımdır? deyə soruşulduğunda:
-Mütləq həkimə gedin demiş.Çünki həkimin yaşamağı lazımdır.Verdiyi dərmanı da alın, çünki dərman satanların da yaşaması lazımdır.Lakin dərmanları əsla içməyə çalışmayın, çünki sizin də yaşamağınız lazımdır...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri