Ləzginka

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 285
Səs ver:
(səs: 2)
Ləzginka
Bütün Qafqaz üzrə geniş yayılıbdır. Hər xalqda rəqs növünün öz variantı vardır.
Rəqs yarış xarakteri daşıyır hər bir kəs özünün cəldliyinin, yorulmazlığını, qəriyyətini nümayiş etdirir. Bir qayad olaraq rəqs müsiqi sədaları latında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir.

Rəqs həmçinin İranda « Lazgi » və « Ləzgi », Gürcüstanda «Lekuri» adı ilə məşhurdur. «Lekuri» gürcü dilindən tərcümədə — « ləzgilər( lekilər ) rəqs edir » edir deməkdir.

Güman edilir ki, rəqs qartal obrazının təcəssüm etdirilməsidir. Qartal Qafqaz bölgəsində qüdrər, böyüklük, təmkinlilik və cəsarət simvolu sayılır. "Ləzginka" rəqsində kişilərin ayaq ucunda, əllərini qartal kimi geniş açaraq oyanaması qartalı xatırladır. Qafqazda qartalı ovlamaq böyük günah hesab edilir.

Ləzgi dilində "ciyər" və "qartal" eyni sözlə "lek" adlanır. Mümkündür ki, bu qədimdən gələn adətlərlə bağlıdır. "Qartal", "ciyər", "qəlb", "arzu" sözləri bir çox Qafqaz dillərində eyni məna daşıyır. Gürcü dilində isə ləzginkanın gürcü variantı " kartuli" adlanır, ləzgi dilində isə " kart" " şahin" deməkdir.

Həmçinin "ləzginka" müasir dövrə qədər dağ məskənlərində oğlan və qızların tanışlığı üçün yeganə şərait idi. Beləki onların yaxın tanışlığı çox çətin idi. Bir qayda olaraq toylarda oğlanlar xoşlarına gələn qızları bu rəqsdə birgə rəqsə dəvət edə bilərdilər. Toyun sonunda oğlanlar min xoşlarına gələn qızın qarşısını bu rəqslə kəsməyə çalışırdılar. Ancaq sərt dağ qanunları qıza əl vurmağı qadağan edirdi.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 7 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri