İngilislər hinduşkaya niyə “Turkey” deyirlər?

Müəllif: Miss_Oxatan
Şərhlər: 6
Baxılıb: 4 343
Bölmə: Maraqlı / Heyvanlar
Səs ver:
(səs: 1)
Tamer Koruganın "Lazımsız məlumatlar ensiklopediyası” kitabından "İngilis dilində hinduşkaya niyə Turkey deyilir?” yazısını təqdim edirik.

Amerika Birləşmiş Ştatlarında, xüsusilə xristianların bayram günlərinin əsas simvolu olan hinduşkanın vətəni Amerika qitəsi hesab olunur. Vəhşi hinduşka cinsləri Xristofor Kolumb qitəni kəşf etməzdən əvvəl Şimali Amerikada yaşayıb. Hətta Avropadan Cənubi Amerikaya ilk ayaq basanlar asteklərin hinduşka əhliləşdirmələrinin şahidi olublar.

Hinduşkalar Amerikadan Avropaya 1519-cu ildə ispaniyalılar tərəfindən gətirilib. 1541-ci ildə İngiltərəyə gətirilən hinduşka yerli əhalinin təəccübünə səbəb olur. Amerika hinduşkalarını o zaman Osmanlı imperiyasının nəzarətində olan Qərbi Afrikadan portuqaliyalı tacirlərin gətirdiyi Afrika hinduşkasına və Türkiyədən gətirilən hind toyuğuna bənzədən ingilislər sonda hər iki cinsin bir-birindən fərqli olduğunu anlayır. Hinduşkanın adı XVII əsrdə Amerikaya köçən ingilis mühacirlərin hesabına Amerikada "Turkey” adlanmağa başlayır.

Təbii ki, bu Türkiyənin adının ingilis dilində hinduşka mənasında işlənməsinin rəsmi açıqlamasıdır. Bunlarla bərabər, başqa uydurulmuş tezislər də var. Bunlardan biri Kolumbun ilk səfərində iştirak edən Portuqaliyalı yəhudi Xose de Torresin hinduşkanı görən kimi, ivrit dilində "Böyük quş” mənasını verən "Tukki tukki” qışqırması göstərilir. Digər variant isə daima qərb istiqamətində Hindistana getməyə çalışan Kolumbun Amerikaya çatan zaman ərazini Hindistan, hinduşkanı da hind tovuz quşu hesab edərək onu "tuka” adlandırması və zamanla bu sözün Turkey olaraq tələffüz edilməsidir.

Tezislər bununla yekunlaşmır. Bir başqa varianta görə hindu qəbilələri hinduşkaya "Fırke” dedikləri üçün, bu söz ingilis dilində tələffüz zamanı "Turkey”ə çevrilib. Məsələn, başqa iddialara görə hinduşkalar qorxduqda insanlar tərəfindən "turk-turk-turk” kimi qəbul edilən səs çıxardıqlarına görə bu sonralar "Turkey” kimi qəbul olunub. Burda əsəbiləşəcək bir şey yoxdur. Türk dilində də hinduşka sözü Hindistan sözünə çox bənzəyir. Bundan başqa, bizdə "Misir” nümunəsi də var (Misir türkcədə qarğıdalıya deyilir – red).
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri