Maraqlı aforizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 16 739
Səs ver:
(səs: 3)
Çox qəribədir, Sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, Sevmədiyimiz insanın hər doğrusunda bir yalan
axtarırıq.
- Dostoyevski -

Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir.
- Hz Mevlana -

Yalnız uşaqkən gülər insan, Digərləri uydurma.
"Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində...''
- B. Marley -

"Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək.Demək istədiyim :
- Yorma özünü..."
- Elbert Hubbard-

Bəziləri "Sevirəm" deyər, Çünki əzbərləmişdir. Bəziləri deyə bilməz, Çünki həqiqətən sevmişdir..
-Can Yucel-

Mənim həyatım, mənim seçimlərim,
mənim səhvlərim, mənim problemlərim,
mənim yanlızlığım. Yəni qısacası sizi maraqlandırmır.
- Charles Bukowski -

Gözyaşım qədər dəyərlisən. Amma necə ki, gözyaşlarım gözümdən düşdü, indi sən də eləsən...
-Pablo Neruda-

Dünya hər kəsə yetəcək qədər böyükdür. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq həqiqi yerinizi tapın.
- Charlie Chaplin -

Mən sahib olduqlarımın dadını çıxartmağı öyrəndim həyatda. Sahib olmadıqlarımın və ola bilməyəcəklərimin kədərinə ayırmağa vaxtım yoxdur. Həyat çox qısadır...
-Mina Urgan-

İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; Xoşbəxtliyi tapmısansa, SORĞULAMA...
- Charles Bukowski -

Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən. ”
-Hz.Mövlanə-

Bir qadının gözəlliyi, ancaq sevməyə başladığı zaman meydana çıxar.
- La Bruyere -

Doğru insan, səhv zaman.
Doğru zaman, səhv insan..
Həyat belə oyunlar oynayar hər zaman! "
- Paul Auster -

"Bu dünyadakı ən çətin iş, Öz-özünə sadiq qalmaqdır..."
- F.Dostoyevski -

Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli.
-Hüseyn Cavid-

Bilin ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərir. Və unutmayın ki, yoxluğu bir şey dəyişdirməyənin, varlığı da gərəksizdir.
-F.M. Dostoyevski-

Mühüm olan yüksəklərə çıxıb həyata təpədən baxmaq deyil; Mühüm olan nə qədər yüksəlsən də hər şeyə bərabər məsafədən baxa bilməkdir.

"Zəif daim ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə belə deyil"
-Aristotel-

"Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər."
-Marqaret Tetçer-

"Dost itirmək" deyə bir şey yoxdur. Sadəcə həqiqətən yanında kimlərin olub kimlərin olmadığını anlayarsan. Buna da itirmək deyilmir...

" Getmə deyə biləcək qədər güclü olmalı insan həyatda. Çünki heç kəs itirdiyini unuda biləcək qədər güclü deyil, əslində... ”
-Victor Hugo-

Xatirə şirin də, acı da olsa, hər zaman iztirab verir insana...
- Fyodor Dostoyevski -

"Bəzən elə danışacaqsan ki qarşındakı cavab verə bilməyəcək. Bəzən də elə susacaqsan ki, qarşındakı danışmağa belə
cəsarət edə bilməyəcək "
- Gabriel Garcia Marquez -

Çox insan iyirmi yaşında ölər,
amma səksən yaşında basdırılar.
- Robin Sharma -
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 16 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri