Biz insanlar nelere nezaret etmeliyik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 588
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1320393361-656.jpg

 

Bir qayda olaraq, insan həyat və inkişaf prosesində həyatında nəyisə dəyişdirmək üçün özünü nəzarətə öyrətmək istəyir. Amma bəzən biz  bunu unuduruq: elə şeylər var ki, bizə itaət etmir. Müəyyən edərək ,  nəyi idarə  edə bilərik və nəyi yox, həyatımızda  baş verən hadisələrə  daha sakit yanaşmağa çalışarıq.  

Biz nəyi idarə edə bilərik

Düşüncələrimizi. Bəli, biz  bunu edə bilərik. Yalnız öyrənmək lazımdır. İlk növbədə, siz özünüzü inandırın ki, siz buna  qadirsiniz. Çalışın kənardan edilən təsirlərə fikir verməyəsiniz. Siz və yalnız siz seçə bilərsiniz nə düşünmək lazım olduğunu. Anlayandaki fikir seçimi yalnız sizdən asılıdır, onda siz fikirlərinizə nəzarət edə bilərsiniz. 

Bizim duyğularımız

 Duyğularımızı düşüncələrimiz tərəfindən  qıraq məhsul adlandırmaq olar. Bu baxımdan əgər siz fikirlərinizi idarə etməyi öyrənsəniz, duyğularınız da sizə tabe olacaq. Duyğularımız həyatımıza cox  böyük təsir göstərir. Bu haqda ən yaxşısını reklam verənlər bilir, belə ki bir şey aldırmaq  üçün, onlar müəyyən bir malı bizim duyğularımıza bağlayırlar.

Bizim reaksiyalar

Əsas olaraq özünüinkişaf  bir ifadədir, "Həyat - o deyil ki, səninlə nələr baş verir , sənin reaksiyan buna necədir" . Biz hadisələrə necə reaksiya verməyimizi seçə bilərik. Bizim həyatımız bütün növ maneələrlə doludur,ancaq  həyatımızın keyfiyyəti bir  başa  onlara necə reaksiya edəcəyimizdən  asılıdır. 

Bizim enerjimiz

 İnsanlarla əlaqədə , bizlərdə daima enerji mübadiləsi baş verir. Bunlar fikirlərdən, duyğulardan, hərəkətlərdən və reaksiyalardan ibarətdir və siz bunu idarə edə bilərsiniz.  Siz nə qədər enerji verə bildiyinizi bir anda müəyyən edə bilərsiniz.  Biz yalnız öz müsbət enerjimizlə  insanları  özümüzə cəlb edirik. 

Bizə nə tabe deyil

 Başqa insanların davranışı. Bir şəxsə istədiyiniz kimi hərəkət etməyini məcbur etsəniz, yalnız onun başına tapança dirədikdə onu edər. Bütün digər hallarda isə, insan hərəkətlərində öz istədiyi kimi azaddır. Biz yalnız insanların hərəkətlərinə təsir göstərə bilərik, lakin onları idarə edə bilmərik. 

Digər insanların reaksiyaları

 Bizim hər birimiz həyatda  bir dəfə də olsa ya xoşagəlməz insanla, ya restorandaki nəzakərsiz xörəkpaylayanla, ya mağazada kobud satıcı ilə, ya ev ətrafında qalmaqallı nənə ilə rastlaşırıq. Onlar bizə təsir edir və biz bir şey edə bilmirik,  çünki hər birimizin   problemlərimiz  var və biz bilə bilmərik o insan bu anda özünü necə hiss edir. Bizim başqalarının reaksiyasına nəzarət etməyə gücümüz yoxdur, buna bir çözüm var – onların reaksiyalarını ürəyinizə yaxın buraxmayın və düşünməyin ki, onlar şəxsən sizə müraciyyət edirlər. Lakin uyğunsuz hərəkət etmək, bütün sosial qaydaları  pozmaq da lazım deyil. 

İlahi qaydalar

 İnsan onun həyatındaki  hər şeyə təsir etməyə çalışır. Biz daima yeni texnologiyaları inkişaf etdiririk ki  bu və ya digər prosesi sürətləndirək, yeni cihaz və alətlər yaradırıq və bu fonda lazımınca  unuduruq ki, dünyada ilahi qaydalar  var. O,  nə baş verə biləcəyinə  və ya  yarana biləcəyinə cavabdehdir , hətta bu zaman siz harda olmalısınız və nə etməlisiniz kimi şeylərə belə Allah qərar verir. Bütün cəhdlər bu  qaydaları idarə etmək üçün  əbəsdir. 

Təbiət

 Gəlin  təbiəti sakit buraxaq. Siz nə vaxtsa  toxum  əkəndə bir müddətdən  sonra qazmırsınız ki,  baxasız o necə böyüyür. Çünki sonra yeni toxum əkmək lazım gələcəkdir. Həyat - təbiətin bir hissəsidir. Səbr  edib gözləmək lazımdır, zamanla  istədiyiniz həyata keçəcək, yoxsa  əkilmiş toxum  heç vaxt yüksəlməyəcəkdir. 

Fikrinizi cəmləyin buna ki, siz idarə etməyə qadirsiniz  və ikinci siyahıda sayılanları idarə  etməyə cəhd etməyin. Yalnız bu halda, siz hormoniyada yaşayacaqsınız.

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri