Uşaqlar haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 7 576
Səs ver:
(səs: 1)
Hər ağacın bir meyvəsi vardır. Sevginin meyvəsi də uşaqdır. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşaqlarınızı çox öpün, hər öpüşdə Cənnətdəki dərəcəniz yüksəlir. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşaq sevgisi, Cəhənnəm atəşinə qarşı pərdədir. Məhəmməd peyğəmbər(s.ə.s)

 

Uşaqlara yaxşılıq etmək, Siratı keçməyə səbəbdir.Onlarla bərabər yeyib içmək, Cəhənnəmdən qurtuluşdur. Məhəmməd peyğəmbər(s.ə.s)


Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girər. Məhəmməd peyğəmbər(s.ə.s)

Övladınıza qulluq edin,necə ki, ana-atanızın sizdə haqqı varsa, övladınızın da sizdə haqqı vardır. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşaqsız bir evin bərəkəti olmaz. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşaqlarınıza yaxşı baxın!Onları gözəl tərbiyə edin. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşağı gözəl tərbiyə etmək və ona gözəl bir ad qoymaq, övladın ata üzərindəki haqlarındandır. Məhəmməd peyğəmbər(s.ə.s)

Uşaq qoxusu, cənnət qoxularındandır. Məhəmməd peyğəmbər(s.ə.s)


 

Uşaq, cənnət nemətlərindən biridir. Məhəmməd peyğəmbər(s.ə.s)

Övladlarınızı öz dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. Hz.Әli (ə)

Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. Nəsrəddin Tusi

Әgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. Jan Jak Russo

Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Jozef Jobert

Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Analogiyanı təkrarlasaq belə çıxır ki, pianoya sahib olmaqla pianoçu olmaq eyni şeydir. Harris
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 7 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri