Utananın neçə oğlu olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 985
Səs ver:
(səs: 6)
Bizlərdə "utananın oğlu olmaz" deyə bir məsəl var. Avropalı həkimlər isə tədqiqat aparıb müəyyən ediblər ki, sən demə, insanların xasiyyəti onların neçə uşaq sahibi olmalarına təsir edir.

Yeni tədqiqatlara görə, nevrozlu kişilərin uşaqlarının sayı daha az olur. Ekstravertlərin isə heç olmazsa, birdən artıq uşaqları doğulur.

Xeyirxah qadınlar uşaqlarının sayının çox olması ilə öyünə bilməzlər. Bu, bütün nəsillərdə belə olub. Avropalı mütəxəssislər hesab edirlər ki, məhz elə buna görə Avropada fertillik (uşaq sahibi olma qabiliyyəti) aşağı düşüb.

Eyni zamanda uşaqların olmaması və ya az sayda olması əsəbi kişiləri daha emosional edir və onların əhvalının tez-tez dəyişməsinə təsir göstərir. Ancaq bu daha çox 1957-ci ildən sonra doğulan kişilərə aiddir.

Dəyişikliklər həmçinin sosial normaları da əks etdirir. Günümüzdə insanlar çox uşaq sahibi olmaq istəmir, bəzən isə öz yarlarını tapmağa uzun illər sərf edirlər.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 5 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri