İnternet asılılığı çox təhlükəlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 784
Səs ver:
(səs: 2)
İnternet istifadəçilərinin beyni kokain asılılığı olan və spirtli içki aludəçilərinin beynində olduğu kimi dəyişikliklərə uğrayır

Uorçesters Universitetinin tədqiqatçıları "internet asılılığı pozğunluğu” olan gənclərin beynini tədqiq ediblər.
Bunun nəticəsində emosiyaya, diqqətli olma və qərar qəbul etmə prosesinə cavabdeh olan sinir uclarını birləşdirən lifin – ağ maddənin zədələnməsi aşkar edilib.
Belə dəyişikliklər alkoqol asılılığı olanlarda və narkomanlarda da müşahidə olunur.
Alimlər həm də "fantom vibrasiya” effekti olduğunu qeyd ediblər. Belə ki, bu cür xəstələrə elə gəlir ki, smartfonlarına yeni mesaj daxil olub, çünki hər zaman telefon vibrasiyası hiss edirlər.

İnternet istifadəçilərinin 10 nəfərindən birində asılılıq xəstəliyi müşahidə olunur. Belə insanlar internetə o qədər aludə olurlar ki, yeməyi və içməyi unudurlar.
Londonda İmperiya Kollecinin psixiatrı Qenrietta Bouden Cons deyir: "İnternet asılılığı xəstəliyinin ən geniş yayılmış forması internet–geymerdir - bu xəstələr sutkalarla internet oyunları arxasından durmurlar”.
Ancaq bu yeni xəstəliyi digərlərindən ayırmaq o qədər də asan olmayacaq, çünki bir çox insanlar öz peşəkar fəaliyyətlərinə görə kompüter arxasında çox vaxt keçirirlər, asılılıqları barədə isə heç düşünmürlər

Siz necə, internet aludəçisisinizmi?
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri